Müharibədən əziyyət çəkmiş 3600 nəfərə psixoloji yardım göstərilib
Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyədən 20 nəfərdən artıq peşəkar psixoloq və psixoterapevtlər Azərbaycana gəlmiş və müharibədən zərər çəkmiş qazilərə, vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə peşəkar dəstək göstərməkdə davam edirlər. İndiyədək 3600 qazi, müharibə iştirakçısı və şəhid ailələri göstərilən psixoloji dəstəkdən yararlanmışdır.(®) Vətən müharibəsinin acı nəticələrindən biri müharibə iştirakçılarının, qazilərin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji problemlərdən əziyyət çəkmələridir. Bu istiqamətdə ölkə başçısının xüsusi həssaslığını və tapşırıqlarını nəzərə alaraq psixoloji reabilitasiyanın daha səmərəli təşkil olunması üçün 2 ilə yaxındır ki, Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyədən 20 nəfərdən artıq peşəkar psixoloq və psixoterapevtlər Azərbaycana gəlmiş və müharibədən zərər çəkmiş qazilərə, vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə peşəkar dəstək göstərməkdə davam edirlər.
Türkiyədən Azərbaycana gələn psixoloq heyətinin rəhbəri, psixoloq, sosioloq Selçuk Demirbaşın verdiyi məlumata əsasən, sözügedən layihə çərçivəsində toplam olaraq 3600 qazi, müharibə iştirakçısı və şəhid ailələri göstərilən psixoloji dəstəkdən yararlanmışdır. Xüsusilə posttravmatik stress pozuntusunun müalicəsi nəticəsində 400-ə yaxın müharibədən zərərçəkən şəxs xüsusi kritik vəziyyətdən xilas olunmuş, ümumi müraciətçilərin 90%-nin peşəkar psixoloq və psixoterapevtlərin dəstəyi ilə psixoloji sağlamlığının tam bərpasına nail olunmuşdur.
44 günlük Vətən müharibəsi dövründən sonra FHN-in dəvəti ilə Türkiyədən Azərbaycana gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq tərəfindən həyata keçirilən və artıq 2 hissədə baş tutan layihə ərzində ümumi olaraq 8000 seans keçirilmişdir. Layihənin ilk hissəsində 4500 seans sayəsində 2200 nəfər, ikinci hissəsi ərzində isə 3500 seans həyata keçirilmiş və 1400 nəfər sağlamlığına yenidən qovuşmuşdur.
2-ci Qarabağ müharibəsindən sonra ölkəmizdə həyata keçirilən layihə artıq Bakı, Gəncə, Sumqayıt, Qəbələ, Bərdə, Quba, Cəlilabad və Lənkəran şəhərlərində başlamışdır. Növbəti 2 ay ərzində layihə Türkiyəli mütəxəssislər və FHN-in psixoloqları ilə birlikdə Naxçıvan şəhərində də həyata keçirilməyə başlayacaqdır.
“Sözsüz ki, müharibə böyük bir faciədir, onun talelərdə çox dərin izləri, qəlblərdə acı çöküntüləri qalır. Lakin Azərbaycan dövlətinin zərərçəkənlərə qarşı olan diqqəti və qayğısı sayəsində həyata keçirilən effektiv reabilitasiyaların terrordan əziyyət çəkmiş vətəndaşları yenidən həyat sevgisinə qaytaracağına və onların gözlərindəki yaşam alovunu yenidən alışdıracağına bütün qəlbimizlə inanırıq!” - deyə Selçuk Demirbaş bildirmişdir.
Xatırladaq ki, dəvət olunan Türkiyəli mütəxəssislərin xərcləri tam olaraq FHN tərəfindən qarşılandığından, Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan müharibə iştirakçıları, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanlar üçün təşkil olunan yardım tamamilə ödənişsiz həyata keçirilməkdədir. Psixoloji yardım almaq istəyən vətəndaşlar nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 17 d. əvvəl
- 24 d. əvvəl
- 42 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
İlham Əliyev: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 7-də gözlənilən hava şəraiti
Omanda ABŞ-İran danışıqları başladı
“PAŞA Həyat” və “Kaspi Kids” 300-ə yaxın uşağı sığortaladı
"Merkuri BOKT" 2025-ci ilin 9 ayını mənfəət ilə başa vurub
Ən çox oxunanlar
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
Nazir startap nümayəndələri ilə görüşüb
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
Bank vergi işçilərinə komissiyasız kredit təklif edir


















