Enerji menecmenti sistemləri üzrə dövlət standartı qəbul edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ISO/IEC 50001:2022 “Enerji menecment sistemləri - Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” dövlət standartı qəbul edilib.
Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki, standartın qəbulu ölkədə enerjidən istifadənin səmərəliliyinin yüksəldilməsi, enerji menecmenti sahəsinə dair tələblərin qabaqcıl beynəlxalq təcrübəyə uyğun formalaşdırılması, enerjidən səmərəsiz istifadənin qarşısının alınması, eləcə də bərpa olunan enerji növlərinin tətbiqi imkanlarının genişləndirilməsi məqsədi daşıyır.
"Yeni standartın tətbiqi enerji effektivliyini artırmaq üçün zəruri olan sistemlər və proseslərin tətbiqinə imkan yaratmaqla, istehlakçılara və təşkilatlara maliyyə vəsaitlərinə və enerji resurslarına qənaət etməyə kömək edəcək",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
-
22 d. əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























