Dünyada qızıl-valyuta ehtiyatları keçən ilin qışından bəri ilk dəfə noyabrda artıb
Noyabrda qlobal qızıl-valyuta ehtiyatları 357 milyard dollar artıbMərkəzi bankların məlumatlarına əsaslanan aparılmış hesablamalara əsasən, ötən ilin noyabr ayının nəticələrinə görə, dünyada qızıl-valyuta ehtiyatları 2022-ci ilin qışından bəri ilk dəfə artıb.
Marja.az xəbər verir ki, noyabrda dünya üzrə beynəlxalq ehtiyatlar səkkiz aylıq azalmadan sonra artıma keçərək 2,9% və ya 357 milyard dollar artıb. Ehtiyatlar bu artımdan əvvəl sonuncu dəfə 2022-ci ilin fevralında artmışdı, lakin cəmi 46,3 milyard dollar. Eyni zamanda, noyabr artımı beynəlxalq aktivlərin 591,2 milyard dollar artdığı 2021-ci ilin avqustundan bəri ən böyük artım olub.
Nəticədə ilin əvvəlindən ehtiyatlardakı azalma oktyabrın sonundakı 1,6 trilyon dollara qarşı noyabrın sonunda 1,2 trilyon dollar təşkil edib. Noyabrın sonunda mərkəzi banklar 12,8 trilyon dollar qızıl-valyuta ehtiyatlarına malik olublar.
Ay ərzində ən çox ehtiyatlarını Yeni Zelandiya, Panama, El Salvador və Danimarka artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
24 d. əvvəl
Lüks brend BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
28 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 41 d. əvvəl
- 44 d. əvvəl
- 46 d. əvvəl
- 47 d. əvvəl
- 50 d. əvvəl
- 51 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Lüks brend BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib






.jpg)











