Özəl tibbi praktika ilə məşğul olan şəxslərlə bağlı yeni tələblər!
Özəl tibbi praktika ilə məşğul olan şəxslər pulu kassa aparatları və nağdsız qəbul etməlidirlər.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2023-cü il üçün Vergi Məcəlləsində dəyişikliklərin bəzi əsas istiqamətləri və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir. Bu gün özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərlə bağlı vergi qanunvericiliyində dəyişikliyin şərhini Dövlət Vergi Xidmətinin əməkdaşı Xəyalə Şirinli təqdim edir:
Vergi Məcəlləsində edilmiş son dəyişikliklərin bir hissəsi özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərlə bağlıdır. “Özəl tibb fəaliyyəti haqqında” Qanuna əsasən, bu fəaliyyət 2 formada - özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilə bilər. Özəl tibbi praktika - ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan xüsusi razılıq əsasında müvafiq ixtisasa uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət hesab edilir.
Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə aparılmalıdır. Tibb fəaliyyəti sahəsində vergidən yayınmanın miqyasının azaldılması, gəlirlərin leqallaşdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə, tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə də pul hesablaşmalarının nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməsi müəyyən edilib. Həmin şəxslər tərəfindən verilən çeklər əsasında ödənilmiş ƏDV-nin bir hissəsi tibb xidmətlərinin istehlakçılarına geri qaytarılacaq. Bununla yanaşı, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərini pozmaqla tibbi xidmətlərin dəyərini müəyyən olunmuş limitdən artıq nağd qaydada qəbul edən özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə maliyyə sanksiyaları tətbiq ediləcək.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 45 d. əvvəl
-
-
51 d. əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub


























