Azərbaycanda 13 sahibkar dövlət zəmanətilə aldığı kreditin qaytarılmasını təmin etməyib
Azərbaycanda bəzi sahibkarlıq subyektləri dövlət zəmanəti ilə verilmiş kreditlər üzrə öz borc öhdəliklərini yerinə yetirmirlər. Nəticədə müvəkkil banklar qarşısında zamin qismində çıxış edən Maliyyə Nazirliyi həmin borcu qaytarmalı olur.
Bunu Nazirliyin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev bildirib.
"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində 2020-2021-ci illərdə müvəkkil kredit təşkilatları 2 628 sahibkara ümumilikdə 499,5 milyon manat kredit ayırıb ki, onun da 291,6 milyon manat hissəsi dövlət zəmanəti ilə təmin olunub.
Qeyd olunan dövrdə 13 sahibkarlıq subyekti 2 banka kreditlərin qaytarılmasını təmin etməyib. Nəticədə, şərtlərə uyğun olaraq dövlət zəmanəti çərçivəsində həmin banklara “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”ndan 658,2 min manat vəsait ödənilib. Bu dövlət zəmanəti ilə təmin olunan ümumi kredit məbləğinin 0,23 %-ni təşkil edir”, - deyə o qeyd edib.
Bundan başqa, nazirlik rəsmisi əlavə edib ki, dövlət zəmanəti ilə sahibkarlara yuxarıda qeyd olunan təşfiq sxemi çərçivəsində bankların ayırdığı kreditlərin 1 yanvar 2023-cü il tarixinə 280,4 milyon manatı və yaxud 56 %-i banklara kredit müqavilələrində nəzərdə tutulan vaxtda qaytarılıb.
Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” 9 iyul 2020-ci il tarixli qərarına əsasən, kredit təşkilatlarının sahibkarlara ayırdığı, ümumi məbləği 500 milyon manata qədər olan kreditlərin 60 %-nə (300 milyon manat) dövlət zəmanətinin verilməsi nəzərdə tutulub.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Report”
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 40 d. əvvəl
-
-
46 d. əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub



























