"Setex Group” Bakıda məşhur brendlərin daha 3 mağazasını istifadəyə verdi - FOTOLAR
(®) Yanvar ayının 23-ü, "28 Mall" ticarət mərkəzində “Setex Group”un təşəbbüsü ilə sevilən geyim brendləri - “Greyder”, “Colin’s” və “Altınyıldız”ın mağazalarının rəsmi açılış mərasimi baş tutub.
Açılışda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, “Setex Group”un təsisçisi Lazgin Deli, MÜSİAD Azərbaycan-ın idarə heyətinin sədri Rəşad Cabirli və heyətin digər üzvləri, AFRA-nın sədri Fərid Novruzi, həmçinin bir çox uğurlu iş adamları, müxtəlif sahələrdən cəmiyyətin sevilən isimləri iştirak ediblər.
Açılış mərasimində öz xeyir-duasını verən səfir Cahit Bağcı Türkiyəli iş adamlarının Azərbaycandakı uğurlu fəaliyyətinin hər iki ölkəni daha da yaxınlaşdıran addım olduğunu bildirib.
Təsisçi Lazgin Deli isə bildirib ki, “Setex Group”a daxil olan brendlər Azərbaycanda fəaliyyətə başladığı tarixdən bugünə qədər yerli alıcılara hər il daha yaxşı xidmət göstərmək üçün əlindən gələni edir.
Daha sonra qonaqlar mağazalarda təqdim edilən yeni kolleksiyalarla tanış olublar.
Qeyd edək ki, “Setex Group”un portfelində Azərbaycanda da tanınan və sevilən geyim və aksessuar brendləri yer alır. Fashion&Retail olaraq öz işinin öhdəsindən uğurla gələn şirkət müxtəlif markaları təmsil etməklə yerli alıcıların “dəb, keyfiyyət və yüksək xidmət” anlayışlarını daha da yüksəltmişdir. 1998-ci ildən fəaliyyətə başlayan və hər il öz tərkibinə uğurlu brendlər qatmaqla daha da böyüyən “Setex Group” hazırda 10 ən yaxşı brendləri alıcılara təqdim edir. “Mavi”, “Levis”, “Colin’s”, Greyder”, “İnstreet”, “Altınyıldız”, “Hummel”, Engilish Home”, “Cool Club”, “Brand&Brand” kimi sevilən markalar məhz “Setex Group” tərəfindən təqdim edilir.
Hazırda Azərbaycanda 33 mağazaya sahib olan şirkət, bu rəqəmi daha da artırmağa iddialıdır.
Çünki, “Setex Group”a daxil olan və alıcılar tərəfindən rəğbət görən bu markalar öz alıcılarına dəblə rahatlığı bir yerdə təqdim etdiyi üçün daha çox sevilirlər.
Qeyd edək ki, yenicə açılışı baş tutan “Colin’s”, “Greyder” və “Altınyıldız” mağazaları açılışa özəl xüsusi endirimlərlə "28 Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsində yolunuzu gözləyir.
https://www.instagram.com/greyderaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)


.jpg)



