Sony-nin xalis mənfəəti artıb
Sony-nin xalis mənfəəti doqquz ayda 5% artaraq 6,2 milyard dollara çatıb.Yaponiyanın elektronika məhsulları istehsalçısı Sony Corporation-ın səhmdarlara aid olan xalis mənfəəti 2022-2023-cü maliyyə ilinin ilk üç rübündə (31 dekabrda başa çatıb) illik müqayisədə 5% artaraq 808,968 milyard yen təşkil edib (təxminən 6,2 milyard dollar).
Marja xəbər verir ki, bu barədə şirkətin hesabatlarında bildirilir.
Sony-nin gəlirləri isə 11% artaraq 8,476 trilyon yen (65,3 milyard dollar) olub.
Maliyyə ilinin üçüncü rübünün (oktyabr-dekabr) nəticələrinə görə, Sony-nin xalis mənfəəti 5,6% azalaraq 326,809 milyard yenə (2,5 milyard dollar) düşüb. Sony-nin rüblük gəliri 12,6% artaraq 3,413 trilyon yen (26,3 milyard dollar) olub.
Şirkət bütün cari maliyyə ili üçün xalis mənfəət proqnozunu noyabrda gözlənilən 840 milyard yendən (6,4 milyard dollar) 870 milyard yenə (6,7 milyard dollar) yüksəldib. Gəlir proqnozu 11,6 trilyon yendən 11,5 trilyona qədər bir qədər azaldılıb, dollar ifadəsində isə proqnoz 89 milyard dollar səviyyəsində qalıb.
Sony Corporation dünyanın ən böyük istehlakçı elektronikası korporasiyalarından biridir. Şirkət 1946-cı ildə Yaponiyada yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
4 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























