2019-cu ildən bəri ilk dəfə Apple-ın satışlarında azalma baş verib
Ötən ilin oktyabr-dekabr dövründə ABŞ-ın texnologiya nəhənglərindən biri olan Apple gəlirləri proqnozlardan aşağı olub. Şirkətin maliyyə hesabatlarına görə, 31 dekabrda başa çatan 2022-2023 maliyyə ilinin birinci rübündə Apple-ın xalis mənfəəti illik müqayisədə 13,4% azalaraq 29 milyard 998 milyon dollar olub. Birinci rübdə iPhone satışları 8,1% azalaraq 65 milyard 775 milyon dollar təşkil edib. Mac gəlirləri illik müqayisədə 29% azalaraq 7 milyard 735 milyon dollara düşüb. Hesabat dövründə iPad satışları isə təxminən 30% artaraq 9 milyard 396 milyon dollar təşkil edib.Apple şirkəti 2022-nin oktyabr-dekabr dövrü üçün balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, Apple-dan verilən açıqlamaya görə, balansında keçən ilin oktyabr-dekabr dövrünü birinci rüb kimi qəbul edən şirkətin satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq 117,2 milyard dollara düşüb. Şirkət 2021-ci ilin eyni dövründə 123,9 milyard dollar gəlir əldə etmişdi.
Beləliklə, Apple 2019-cu ildən bəri ilk dəfə satışlarında illik müqayisədə azalma yaşayıb. Şirkətin eyni dövrdəki gəlirləri də 121,1 milyard dollar olan bazar proqnozundan aşağı olub.
Apple-ın xalis mənfəəti isə 2022-ci ilin oktyabr-dekabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə13% azalaraq 30 milyard dollara düşüb. Şirkətin xalis mənfəəti 2021-ci ilin eyni dövründə 34,6 milyard dollar təşkil etmişdi.
Şirkəti səhm üzrə qazancı da bu dövrdə 2,10 dollardan 1,88 dollara düşüb.
iPhone və Mac satışları azalıb, iPad satışları artıb
Bu dövrdə Apple-ın smartfon və kompüter satışları azalarkən, planşet satışları artıb.
Ötən ilin oktyabr-dekabr dövründə iPhone satışlarının məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalaraq 65,8 milyard dollara düşüb.
Eyni dövrdə Mac satışları 29 faiz azalaraq 7,7 milyard dollara düşüb, iPad satışları isə 30 faiz artaraq 9,4 milyard dollara yüksəlib.
Digər tərəfdən, Apple-ın İcraçı Direktoru (CEO) Tim Cook, CNBC-yə verdiyi müsahibəsində, şirkətin maliyyə nəticələrinə güclü dolların, iPhone 14 Pro və iPhone 14 Pro Max istehsalına mənfi təsir göstərən Çindəki Covid-19 məhdudiyyətlərinin təsir etdiyini söyləyib.
Apple səhmləri ticarətin bağlanmasından sonra 3,3% ucuzlaşıb.
1976-cı ildə qurulan Apple şirkəti kompüterlər, telefonlar, planşetlər, ağıllı saatlar və proqramlar istehsal edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
-
3 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
5 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
7 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)





.jpg)










.jpg)

