Avropa bankı müsabiqəyə start verir - Azərbaycan da dəvət olunur
Qida sənayesində üzləşdikləri əsas problemlərin həlli istiqamətində startaplara dəstək veriləcək. Qalib startaplar mentorluqlar, qrantlar, əməkdaşlıqlar və tanınma imkanları da daxil olmaqla mükafatlar qazanacaqlar
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) başlanğıc mərhələdə olan innovativ aqrar müəssisələri dəstəkləmək məqsədilə AYİB-in sərmayə yatırdığı bütün ölkələrdən təqdimatları qəbul edərək “AgVenture” müsabiqəsinə start verir.
Bankın yaydığı məlumatda bildirilir ki, Müsabiqə qida təhlükəsizliyi, iqlim dəyişikliyi, hədəf qrupların və kiçik bizneslərin qlobal dəyər zəncirlərinə daxil edilməsi kimi qida sənayesindəki əsas problemləri həll etməyi hədəfləyir.
"Nəzərə alsaq ki, dünya əhalisinin 2012-ci ildə təxminən 7 milyarddan 2050-ci ildə 9,6 milyarda yüksələcəyi gözlənilir, ərzaq təhlükəsizliyi qlobal miqyasda ən aktual problemdir. Bundan əlavə, iqlim dəyişikliyi temperaturun artması ilə qida zəncirindəki bütün fəaliyyətlərə mənfi təsir göstərir, məsələn, kənd təsərrüfatı sahələrində su problemi artmağa davam edir.
AYİB innovativ məhsulların, xidmətlərin və texnologiyaların inkişafını daha da sürətləndirmək və qida istehsalını daha dayanıqlı, səmərəli və inklüziv etməklə bu problemlərin bəzilərini həll etmək istəyir",- məlumatda deyilir.
Qeyd edilib ki, qalib startaplar AYİB-in “Star Venture” proqramı vasitəsilə 80 000 avroya qədər olan xüsusi məsləhət dəstəyindən və əlavə xidmətlər, əməkdaşlıqlar və beynəlxalq forumlarda tanınma imkanları üçün 10 000 avro qrantdan faydalanacaqlar.
AYİB-in mövcud və potensial müştəriləri də qabaqcıl texnologiyaları dəstəkləməklə və ya korporativ vençur kapitalı kimi maliyyə ilə təminatı həyata keçirməklə startap sektorunda daha fəal rol almağa təşviq ediləcəklər.
Qeyd edilib ki, müsabiqəyə onlayn tədbir zamanı start verilib. İnvestorları gələcək iştirakçılarla əlaqələndirmək məqsədi daşıyan bu tədbir zamanı məruzəçilər tərəfindən qida sənayesi və aqrar sahələrdə agro-texnoloji startaplarda axtarılan kriteriyaları elan edilib. Tədbirdə “Fresh Start” qida-texnoloji inkubatorunun baş direktoru Noga Sela-Şalev və panel iştirakçıları Yan Kobler, “South Central Ventures” şirkətinin idarəedici partnyoru, Robin Saluoks, “eAgronom” şirkətinin baş direktoru və Mikol Çiesa Çörçill, Planet Fondunun İqlim Elmləri üzrə partnyoru və rəhbəri iştirak ediblər.
Qalib startaplar aprel ayının sonunda elan olunacaq.
Məlumat üçün qeyd edək ki, AYİB 1991-ci ildən bəri açıq bazar yönümlü iqtisadiyyatlara keçidi və sahibkarlıq təşəbbüsünü təşviq etmək üçün üç qitədə 6500-dən çox layihəyə 180 milyard avrodan çox sərmayə qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat sonra
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
2 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
4 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
5 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
5 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
