ABŞ 2022-ci ildə Avropaya LNG ixracını 2,4 dəfə artırıb
ABŞ 2022-ci ildə Avropaya LNG ixracını 2,4 dəfə artıraraq bazarın 40 faizindən çoxunu tutub.2022-ci ildə Avropa Rusiyadan gələn boru kəməri qazının əhəmiyyətli hissəsini ABŞ-dan gələn mayeləşdirilmiş təbii qazla (LNG) əvəz edib.
Marja "Vygon" konsaltinq şirkətinin məlumatına istinadən xəbər verir ki, həcm baxımından Avropa bazarına yanacaq ixracında ən böyük artım ABŞ-ın payına düşüb - təxminən 30 milyon ton (+ 140,7 %). Beləliklə, ABŞ Avropa LNG bazarının 43%-ə yaxınını tutaraq regiona tədarükünü 51,5 milyon tona çatdırıb.
Ümumilikdə, Avropa ölkələri 2022-ci ildə LNG idxalını 60,6% artıraraq 120,6 milyon tona çatdırıb.
ABŞ regiona 51,5 milyon ton yanacaq göndərməklə (+140,7%, 2021-ci ildə 21,4 milyon ton) Avropaya LNG ixracatında birinci yeri tutub. İkinci yerdə tədarükü 18,4 milyon tona (+19,5%, 2021-ci ildə 15,4 milyon tona) yüksələn Qətərdir. Ərəb ölkəsinin ardınca Avropaya 15,8 milyon ton (+19,7%, 2021-ci ildə 13,2 milyon ton) LNG göndərən Rusiya gəlir.
Belə ki, Avropa LNG bazarında ABŞ 42,7%, Qətər 15,3%, Rusiya 13,1% paya sahib olub. Ümumilikdə, Avropaya maye qaz tədarükünün 70%-dən çoxu onların payına düşüb.
Əlcəzair Avropa bazarına bir qədər az LNG göndərib - 9 milyon ton (-14,3%, 2021-ci ildə 10,5 milyon ton). Nigeriyanın Avropaya LNG ixracı da bir qədər azalaraq 8,3 milyon tona (-4,6%, 2021-ci ildə 8,7 milyon ton) düşüb. Onlar Avropa LNG bazarının 14,3%-ni tutublar.
Avropaya digər maye qaz tədarükçüləri arasında Trinidad və Tobaqo (3 milyon ton), Norveç (2,6 milyon ton) və digər ölkələr də var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
4 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb






















