Ən böyük ikinci bank müştərilərə 142 milyon dollar təzminat ödəyəcək
ABŞ-ın ən böyük ikinci bankı Uels Fargo-dan (Wells Fargo) verilən açıqlamada "saxta hesab qalmaqalı" çərçivəsində müştərilərə cəmi 142 milyon dollar ödənəcəyi bildirilib.
"Marja" xəbər verir ki, Uels Fargonun 2011-ci ildən bu yana 2 milyondan artıq hesabı müştərilərindən icazəsiz və gizli açması ilə bağlı baxılan məhkəmə işində razılığa gəlinib.
Bankdan bildiriblər ki, Şimali Kaliforniya Bölgə Məhkəməsində qaldırılan iddiada Uels Fargonun müştərilərinə ümumilikdə 142 milyon dollar təzminat ödəmək üçün razılığa gəlinib.
Sözügedən miqdar gələcək 3 ay ərzində saxta hesab qalmaqalı çərçivəsində ziyan çəkmiş müştərilərə bölüşdürüləcək. Həmçinin, müştərilərin məhkəmə xərclərini ödəmək üçün Uels Fargonun əlavə olaraq 25 milyon dollar ayırdığı qeyd edilib.
Açıqlamada fikirlərinə yer verilən Uels Fargo-nun icraçı direktoru Tim Sloan, razılaşmanın bankla müştərilər arasında əlaqə üçün müsbət olduğunu vurğulayaraq, Uels Fargonun müştərilərinə güvən verməyə davam edəcəyini bildirib.
Mütəxəssislər, Uels Fargonun saxta hesab qalmaqalı çərçivəsində ABŞ daxilində davam edən digər 10 məhkəmə işində də razılaşmanın olacağını güman edir.
ABŞ-ın İstehlakçıların Maliyyə Hüquqlarını Qoruma Bürosu, ötən ilin sentyabr ayında, Uels Fargo əməkdaşlarının satış və digər öhdəlikləri yerinə yetirdiklərini göstərmələri üçün 2 milyondan artıq icazəsiz hesab açdığını müəyyən etmiş və bu hesabların digər müştərilərin hesablarından gizli pul transferi ilə maliyyələşdirildiyini aşkar etmişdi
Uels Fargo, qalmaqala qarışan 5300 əməkdaşını işdən çıxararkən, 185 milyon dollar cəriməyə məhkum edilmişdi.
Bankın keçmiş İcraçı direktoru John Stumpf, ictimaiyyətindən və ABŞ Konqresindən gələn təzyiqlər ilə əlaqədar olaraq, ötən ilin oktyabr ayında 41 milyon dollar dəyərindəki Uels Fargo səhmlərindən və 2016-cı il maaşından imtina etmiş, daha sonra da pensiyaya çıxmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















