Ərdoğan zəlzələ bölgəsindədir - 1 İL ƏRZİNDƏ YENİ BİNALAR TİKİLƏCƏK
"Hədəfimiz 1 il ərzində yeni binalar tikməkdir"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin baş verdiyi bölgəyə gedib.
Marja xəbər verir ki, Ərdoğan əvvəlcə Kahramanmaraşdakı çadır şəhərciyində olub. Çadır şəhərciyində çıxış edən Ərdoğan, "Hələlik ölənlərin sayı 8 min 574, yaralıların sayı isə 49 min 133 nəfərdir" deyib.
Dağılan binaların sayı isə 6 min 944-dür.
Ərdoğan, "Vətəndaşlarım səbir göstərdilər. Millətim belə fəlakətlərdə göstərdiyi kimi, bundan sonra da səbr göstərəcək" deyib.
Prezident bildirib:
"Başda AFAD olmaqla bələdiyyələrlə bu işləri həyata keçirir. Bütün nazirlərimlə bu əməliyyatların koordinasiyasını həyata keçiririk. Dövlət qurumları iş başındadır.
Dağıntılar üzərində işlər davam edir, dağıntıların təmizlənməsi işlərinə başlanıb. Hədəfimiz 1 il ərzində mənzil inşaatı idarəsilə Kahramanmaraş və 9 vilayətdə kütləvi tikintiləri reallaşdırmaqdır. Biz vətəndaşlarımızın küçədə qalmasına heç vaxt icazə verə bilmərik.
Antalya, Alanya, Mersin kimi bölgələrdə otellərlə danışmışıq, otellərdə qalmaq istəyənlər olarsa, vətəndaşlarımızı yerləşdirməyə hazırıq".
Ərdoğan əlavə edib ki, dövlət zəlzələdən əziyyət çəkən hər bir ailəyə ilkin olaraq 10 min lirə (900 manat) yardım edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)




