Bu məhsullar idxal gömrük rüsumundan azad edildi - QƏRAR
Bitki toxumları, çörəkçilik məhsulları və heyvan yemləri gömrük rüsumundan azad edilibNazirlər Kabinetinin 2023-cü il 7 fevral tarixli 40 nömrəli Qərarı ilə xarici iqtisadi fəaliyyətin kodlarına uyğun olaraq bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr 2023-cü ilin sonunadək idxal gömrük rüsumundan azad edilib.
Bu barədə Marja-ya Nazirlər Kabinetindən məlumat verilib.
Beləliklə, maya kulturaları, quru aktiv mayalar, hazır çörəkçilik tozları, heyvanların yemlənməsi üçün istifadə edilən həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar, heyvanların yemlənməsi üçün istifadə edilən tərkibində süd məhsulları olmayan və ya bu məhsullar, heyvanların yemlənməsi üçün tərkibində nişasta, qlükoza, qlükoza siropu, maltodekstrin və ya maltodekstrin siropu olmayan, lakin süd məhsulları olan məhsullar, heyvanların yemlənməsi üçün melassa əlavəsi ilə çuğundur cecəsi bu il 15 faiz idxal gömrük rüsumundan azad olunub.
Salatlıq və ya yarpaqlı çuğundurun toxumlarında başqa digər tərəvəz bitkilərinin toxumları və balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar isə 31 dekabr 2023-cü ilədək 5 faiz idxal gömrük rüsumundan azad edilib.
Qərar ilə buradan tanış ola bilərsiniz.
XXX
Bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr gömrük rüsumundan azad edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla xarici iqtisadi fəaliyyətin kodlarına uyğun olaraq bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr 2023-cü ilin sonunadək idxal gömrük rüsumundan azad olunub.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
2 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 14 d. əvvəl
- 16 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























