Əmanətlərin Sığortalanması Fondu ADA Universitetində 3 gün davam edən təlim keçirib
Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Maliyyə sabitliyində risklərin effektiv idarə edilməsinin rolu” adlı 3 gün davam edən təlim keçirib.
Fondun yaydığı məlumatda bildirilir ki, təlimdə təcrübəli və peşəkar natiqlər tərəfindən tələbələrə risk nəzəriyyələrinin qavranması və praktiki risklərin idarə edilməsi bacarıqları ilə bağlı geniş məlumat verilib.
Spikerlər təlim iştirakçılarını səmərəli risklərin idarə edilməsinin maliyyə sabitliyində rolu, süni intellektin köməyi ilə gözlənilən risklərin müəyyən edilməsi, habelə böhran zamanı risklərin idarə edilməsi istiqamətində tətbiq olunan tənzimləyici dəyişikliklər mövzularında maarifləndirilib.
Üç gün davam edən təlim proqramında tələbələr praktiki olaraq investisiya portfelinin effektiv idarə olunması, risklərin qiymətləndirilməsi, azaldılması, o cümlədən onların təsirinin minimuma endirilməsi yolları ilə tanış olublar.
Təlimlərin sonunda iştirakçılar Fond tərəfindən sertifikat və hədiyyələr ilə təltif edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
24 d. əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
-
28 d. əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
45 d. əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
2 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
Ən çox oxunanlar
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır
























