Yaponiyanın sənaye istehsalı azalıb
Yaponiyanın sənaye istehsalı, xarici tələbatın azalmasının avtomobil və çip avadanlıqları sektorlarına təzyiqi ilə əlaqədar olaraq yanvar ayında son 8 ayın ən sürətli azalmasını göstərib.
Marja xəbər verir ki, yanvar ayında sənaye istehsalı əvvəlki ayla müqayisədə 4,6 faiz azalıb. İqtisadçılar sənaye istehsalının 2,6 faiz azalacağını gözləyirdilər. Dekabrda istehsal 0,3 faiz artmışdı.
Yanvarda avtomobil istehsalı 10,1 faiz, maşınqayırma və elektron hissələrin istehsalı isə müvafiq olaraq 13,5 faiz və 4,2 faiz azalıb. Yarımkeçirici avadanlıqların istehsalı da 26,8 faiz düşüb.
Sənaye istehsalının sürətlə düşdüyü yanvar ayında pərakəndə satışlarda təxminən son 2 ilin ən sürətli artımı baş verib. Yanvarda pərakəndə satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artıb. İqtisadçılar artımın 4,0 faiz olacağını gözləyirdilər.
İstehsal azalsa da, avtomobil satışları illik müqayisədə 19,3 faiz artıb.
Yanvar ayında pərakəndə satışlar əvvəlki ayla müqayisədə 1,9% artıb. Dekabrda artım 1,1 faiz olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 12 d. əvvəl
-
13 d. əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti keçiriləcək - TARİX
-
4 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
4 saat əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
4 saat əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Ən çox oxunanlar
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Bakıda 2-ci “Popeyes” restoranı açılır
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb





















