“Bankçılıq Mükafatları- 2022”nin qalibləri məlum oldu - SİYAHI
28 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir.
ABA-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, yığıncaq zamanı, həmçinin Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları - 2022” adlı tədbiri də baş tutub.
ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri iştirak edib.
Mükafatlandırma mərasimində qeyd edilib ki, 2022-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırılıb. ABA, bütün bu istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə ən fəal bankları seçib.
Belə ki, 2022-ci il üçün “Korporativ sosial məsuliyyət” nominasiyası üzrə “ABB” ASC, “AFB Bank” ASC, “Azər Türk Bank” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Bank VTB (Azərbaycan)" ASC, “Expressbank” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC, “Unibank KB” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Yelo Bank” ASC, “Ziraat Bank Azərbaycan” ASC mükafatlandırılıb.
“Ən fəal maliyyə savadlılığı dəstəkçisi” nominasiyası üzrə “ABB” ASC, “Accessbank” QSC, “Bank VTB (Azərbaycan)" ASC, “Expressbank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC mükafata layiq görülüb.
“Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə isə “ABB” ASC, “Azər Türk Bank” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Bank VTB (Azərbaycan)" ASC, “Expressbank” ASC, “Kapital Bank” ASC, “Rabitəbank” ASC, “Unibank” KB ASC, “Yelo Bank” ASC, “Ziraat Bank Azərbaycan” ASC təltif edilib.
“Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü” nominasiyası üzrə “ABB” ASC təltif edilib.
“Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” nominasiyası üzrə “ABB” ASC, “Expressbank” ASC, “Xalq Bank” ASC, “PAŞA Bank” ASC, “Unibank KB” ASC, “Yelo Bank” ASC mükafatlandırılıb.
“Elektron bankçılıq üzrə layihələr” nominasiyası üzrə “ABB” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC, “Unibank KB” ASC, “Yelo Bank” ASC, “Azərbaycan Kredit Bürosu” MMC mükafatlandırılıb.
“Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri” nominasiyası üzrə “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Yelo Bank” ASC mükafatlandırılıb.
“Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi” nominasiyası üzrə “Bank of Baku” ASC-nin Ödəniş sistemləri Departamentinin direktor müavini Tamerlan Rüstəmov və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov mükafatlandırılıb.
ABA-nın “Ən fəal ekspert qrupu” seçilib
28 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Yığıncaq zamanı, həmçinin Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları - 2022” adlı tədbiri də baş tutmuşdur.
“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” Ekspert Qrupu “Ən fəal ekspert qrupu” nominasiyası üzrə I yerə layiq görülmüşdür.
2022-ci il üçün “Ən fəal ekspert qrupu” nominasiyası üzrə Ekspert Qruplarının qiymətləndirilməsi:
“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” Ekspert Qrupu-I yer
“Hüquqi məsələlər üzrə” Ekspert Qrupu-II yer
“Kredit işi üzrə” Ekspert Qrupu-III yer
Həmçinin “Fəal ekspert qrupu” nominasiyasına “Risklərin idarə edilməsi üzrə” və “Mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupları layiq görülmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA























