Hacıqabul Sənaye Məhəlləsi yaradılır - SƏRƏNCAM
Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan 4 milyon manat ayrılıb
Prezident İlham Əliyev iyulun 25-də “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə Hacıqabul Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılacaq. Sənaye məhəlləsinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunur.
Nazirlər Kabinetinə Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti üçün Hacıqabul rayonu ərazisində 20 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilməsini, eyni zamanda, nəzərdə tutulmuş torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini təmin etmək tapşırılıb.
İqtisadiyyat Nazirliyi isə Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti ilə bağlı müvafiq torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulması, eləcə də iştirakçıların fəaliyyətinin dəstəklənməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görməlidir. Həmçinin Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi və istehsal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Hacıqabul Rayon İcra Hakimiyyəti nəzərdə tutulmuş torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı bir ay müddətində Nazirlər Kabinetinin qarşısında vəsatət qaldırmalıdır.
Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulmasını təmin etmək məqsədi ilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə 4 milyon manat ayrılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 6 d. əvvəl
-
- 16 d. əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb
-
4 saat əvvəl
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
-
5 saat əvvəl
"Tramp İranın neftini və uranını ələ keçirmək üçün əməliyyatları nəzərdən keçirir”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Azərbaycanın şirkətlər qrupunun Daşkənddə ofisi açıldı
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək
Ən çox oxunanlar
İran müharibəsi restoranlara da mənfi təsir göstərir
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Alüminium bazarında müharibə şoku
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır

























