970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR

Uzağı yüksək keyfiyyətli çəkiliş imkanı. Xiaomi 17T Pro alıcıları Xiaomi REDMI Pad 2 planşetini pulsuz əldə edə biləcəklər
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) “Baku Marriot Hotel Boulevard”da qabaqcıl Leica texnologiyaları ilə təchiz edilmiş yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri baş tutub.

Belə ki, istehlakçı elektronikası sahəsində innovasiyaları ilə seçilən Xiaomi şirkəti bu tədbirdə "Hər tərəfli foto flaqmanı" statusuna sahib olan yeni modellərini media nümayəndələrinə nümayiş etdirib.

Yeni seriya iki güclü modeldən ibarətdir: Xiaomi 17T Xiaomi 17T Pro. “Telefoto sənətinin ustası” şüarı altında təqdim olunan bu smartfonlar xüsusilə fotoqrafiya və video çəkiliş həvəskarları üçün inqilabi yeniliklər vəd edir.

Telefoto sənətinin ustası

Xiaomi 17T seriyasına aid smartfonların əsas üstünlükləri sırasında ilk olaraq peşəkar çəkiliş imkanları dayanır. Cihazlar uzaq məsafələrdən yüksək keyfiyyətli kadrlar əldə etmək üçün “Leica Summilux” optik obyektivlərinə malik “Leica 5x Telefoto” kamerası ilə təchiz olunub.  Bununla yanaşı, süni intellekt dəstəkli 120 dəfəyə qədər “AI Ultra Zoom” funksiyası uzaqdakı detalların maksimum dəqiqliyini qorumağa kömək edir. Hər iki versiya 50 MP əsas kamera və 32 MP ön kamera ilə təchiz olunub.

Canlı və dinamik portret çəkilişləri üçün isə “Leica Live Moment” funksiyası unikal imkanlar yaradır.

Xiaomi texnologiyasının yeni təkamülü

17T seriyasını rəqiblərindən fərqləndirən digər üstünlüklərə göz sağlamlığını qoruyan “Xiaomi EyeCare Shield” funksiyalı 6.59 və 6.83 düymlük ekranları misal göstərmək olar. 120 Hz /144 Hz tezliklərə sahib bu ekranlar istifadəçilərinə olduqca səlis görüntü təqdim edir.

Cihazların enerji uzunömürlülüyü isə 67 Vt/100 Vt naqilli və 50 Vt naqilsiz “HyperCharge” sürətli enerji doldurma imkanlarına sahib 6500 mAh və 7000 mAh tutumlu silikon-karbon batareyaları ilə təmin edilir.

Yüksək performans və premium dizaynı özündə birləşdirən bu seriya güclü “MediaTek Dimensity 8500U” (Xiaomi 17T) və  “MediaTek Dimensity 9500” (Xiaomi 17T Pro) prosessorları ilə çalışır.

Qeyd edək ki, yeni modellər əsasən dərin mavi (Xiaomi 17T Pro) və bənövşəyi (Xiaomi 17T) rəng seçimləri ilə təqdim olunur.

Hədiyyələrlə birgə haradan almaq olar?

Xiaomi yeni flaqman cihazı alıcılarına xüsusi hədiyyə təklif edir. Belə ki, Xiaomi 17T Pro alıcıları Xiaomi REDMI Pad 2 planşetini pulsuz əldə edə biləcəklər. Alıcılar planşet üçün 24 aylıq zəmanətdən və bir dəfəlik pulsuz ekran dəyişdirilməsindən yararlana biləcəklər.

Yeni Xiaomi 17T seriyası artıq Kontakt, Irshad, Baku Electronics və Soliton mağazalar şəbəkələrində satışdadır. Smartfonlar aşağıdakı tövsiyə olunan pərakəndə satış qiymətləri ilə təqdim olunur:

• Xiaomi 17T (12 GB + 256 GB) - 1 399 AZN-dən
• Xiaomi 17T (12 GB + 512 GB) - 1 599 AZN-dən
• Xiaomi 17T Pro (12 GB + 256 GB) - 1 899 AZN-dən
• Xiaomi 17T Pro (12 GB + 512 GB) - 2 149 AZN-dən
• Xiaomi 17T Pro (12 GB + 1 TB) - 2 499 AZN-dən

Xiaomi 17T Xiaomi 17T Pro Xiaomi 17T seriyası Xiaomi 17T Azərbaycanda Xiaomi 17T qiyməti Xiaomi 17T Pro qiyməti Xiaomi 17T satışda Xiaomi 17T Pro satışda Xiaomi yeni flaqman Xiaomi flaqman smartfon Xiaomi Leica kamera Leica 5x Telefoto Leica Summilux AI Ultra Zoom Xiaomi kamera telefonu foto flaqman smartfon telefoto kamera smartfon Xiaomi 50 MP kamera Xiaomi 32 MP ön kamera Leica Live Moment Xiaomi EyeCare Shield Xiaomi HyperCharge 100 Vt sürətli enerji doldurma 67 Vt sürətli enerji doldurma 50 Vt naqilsiz enerji doldurma silikon-karbon batareya Xiaomi 17T Pro hədiyyə Xiaomi Redmi Pad 2 hədiyyə Xiaomi təqdimat tədbiri Xiaomi Bakı təqdimatı Baku Marriott Hotel Boulevard Kontakt Xiaomi 17T İrşad Xiaomi 17T Baku Electronics Xiaomi 17T Soliton Xiaomi 17T Xiaomi smartfon qiymətləri
05.06.2026 18:38
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19