Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kredit götürərkən bunlara diqqət edin

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kredit götürərkən bunlara diqqət edin
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Expressbank məsuliyyətli borcvermə siyasətinə əsasən, müştərilərini məlumatlandırmaqla yanaşı, ictimaiyyətin maliyyə savadlılığının artırılması istiqamətində müxtəlif kanallar vasitəsilə əhalinin maarifləndirilməsinə xidmət edir. 

Belə ki, Bank son illərdə artan dələduzluq hallarından müdafiə və sağlam borcalma vərdişlərinin formalaşdırılmasına diqqət çəkmək üçün əhalini məsuliyyətli borclanma vərdişləri mənimsəməyə çağırır.

Məsuliyyətli borclanma üçün Bank borcalan şəxslərə aşağıda təqdim olunan bəndlər üzrə analiz aparmağı təklif edir:

Real ehtiyacların müəyyənləşdirilməsi

Kredit yalnız zəruri hallarda və məqsədli şəkildə götürülməlidir. Bəzən insanlar emosional qərar verərək plansız borclanırlar. Bu isə uzunmüddətli ödəniş çətinliklərinə səbəb ola bilər.

Büdcənin düzgün planlaşdırılması

Borclanmazdan əvvəl aylıq gəlir və xərclər təhlil edilməlidir. Mərkəzi bankın bu istiqamətdə tərtib etdiyi qaydalara əsasən aylıq gəlirin 45%-dək hissəsi kredit ödənişlərinə yönləndirilə bilər. Mütəxəssislər isə tövsiyə edir ki, aylıq gəlirin 30-35%-dən çox hissəsi kredit ödənişlərinə yönəlməsin. Bu, həm maliyyə təhlükəsizliyini qoruyur, həm də qənaət imkanı yaradır.

Kredit şərtləri ilə tanışlıq

Kredit müqaviləsində göstərilən faiz dərəcələri, cərimə şərtləri və müddətlər tam başa düşülməlidir. Hər hansı qeyri-müəyyənlik olduqda, bank əməkdaşından yerindəcə izahat istəmək vacibdir. Unutmayın ki, müqavilə imzaladığınız anda siz hüquqi öhdəlik daşıyırsınız.

Kredit tarixçəsinin qorunması

Ödənişləri vaxtında həyata keçirmək gələcəkdə digər maliyyə xidmətlərindən yararlanmaq imkanlarını artırır. Gecikmiş ödənişlər isə kredit tarixçəsini mənfi təsir altına sala və yeni kredit əldə etməyi çətinləşdirə bilər.

Maliyyə savadlılığının artırılması

Maliyyə qərarlarında uğurlu olmaq üçün bilik ən güclü vasitədir. “Expressbank” mütəmadi olaraq vətəndaşlara şəxsi maliyyə idarəçiliyi, büdcə planlaşdırması və məsuliyyətli borclanma mövzularında maarifləndirici materiallar təqdim edir.

Expressbank bildirir ki, əhalinin maliyyə savadlılığının artırılması Bankın sosial məsuliyyət strategiyasının prioritet istiqamətlərindən biridir. Bu baxımdan həm müştərilərinin fərdi rifahı, həm də dayanıqlı maliyyə sisteminin qorunması üçün Bank bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.

Qeyd edək ki, Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Expressbank məsuliyyətli borcvermə maliyyə savadlılığı vətəndaş maarifləndirilməsi borclanma vərdişləri real ehtiyaclar büdcə planlaşdırması kredit şərtləri faiz dərəcələri cərimə şərtləri kredit müqaviləsi kredit tarixçəsi ödəniş vaxtı maliyyə idarəçiliyi şəxsi maliyyə dayanıqlı maliyyə sistemi sosial məsuliyyət filiallar məhsul və xidmətlər lisenziya №119 Bakı regionlar www.expressbank.az
27.10.2025 11:08
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar