"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
"Yevlaxda tətbiq olunan pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb".
Marja xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirirb.
“Xüsusilə həm heyvandarlıq, həm də bağçılıq sahəsində intensiv bağların geniş vüsət almasını qeyd etmək istərdim. Yevlaxda istifadə etdiyimiz pilot aqrar park modelinin işğaldan azad olunmuş ərazilərdə də həyata keçirilməsi artıq qərara alınıb”, - deyə Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, azad edilmiş ərazilərin inkişafında yalnız kənd təsərrüfatı və turizm deyil, xidmət sektoru da xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Xankəndidə Qarabağ Universiteti layihəsi əsasında “universitet-şəhər” modelinin tətbiqi uzunmüddətli dövrdə bölgəyə ciddi iqtisadi dividendlər qazandıra bilər.
“Bu, yalnız şəhərin canlanması, orada tələbə kontingentinin, müəllim-professor heyətinin formalaşması deyil. Bu, həm də yaradıcı iqtisadiyyatın faktiki olaraq həmin əraziyə gətirilməsidir”, - deyə nazir vurğulayıb.
Mikayıl Cabbarov bildirib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri tarixən yaradıcılıq potensialı ilə seçilib. Onun fikrincə, müasir iqtisadi model və yanaşmalar, xüsusilə Qarabağ Universitetində təhsilin müxtəlif dillərdə həyata keçirilməsi və universitetin iqtisadi ekosistemlə əlaqələndirilməsi bölgənin iqtisadi potensialına mühüm töhfə verəcək.
Nazir əlavə edib ki, növbəti mərhələdə “Böyük Qayıdış”a dair ikinci dövlət proqramı çərçivəsində bir sıra təşviq mexanizmlərinin davam etdirilməsi və genişləndirilməsi əsas hədəflər sırasındadır.
Bu istiqamətdə güzəştli müddətlərin uzadılması, vergi, gömrük, sosial ödənişlər və kommunal bağlantılar üzrə güzəştlərin davam etdirilməsi, yeni təşviq mexanizmlərinin tətbiqi, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, kredit faizlərinin subsidiyalaşdırılması, geoloji tədqiqatların davam etdirilməsi və insan kapitalının gücləndirilməsi əsas prioritetlər kimi müəyyən edilir.
Mikayıl Cabbarovun sözlərinə görə, bu tədbirlər işğaldan azad olunmuş ərazilərdə biznes fəallığının artırılmasına, investisiyaların cəlbinə və dayanıqlı iqtisadi ekosistemin formalaşmasına xidmət edəcək.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© İqtisadiyyat naziri Mikayıl Cabbarovun AZƏRTAC-a və İTV-yə müsahibəsi
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
40 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 43 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















