Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azercell-də “böhran yığıncağı”

Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir. Böhran idarəetməsi üzrə tərəfdaş qurumlar arasında strateji dialoq baş tutub
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell-də “böhran yığıncağı”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC böhran vəziyyətlərində rabitə infrastrukturunun fasiləsizliyinin təmin edilməsinə yönəlmiş “Böhran İdarəetmə Qrupu” (BİQ) layihəsinin növbəti mərhələsinə start verib.

Layihə çərçivəsində milli səviyyədə koordinasiyalı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və telekommunikasiya şəbəkəsinin davamlılığının artırılması əsas prioritetlər kimi müəyyən edilib.

Reklam_3_11

Növbəti mərhələnin icrası ilə bağlı Azercell-in təşəbbüsü əsasında Azərbaycan Respublikasının Kosmik Agentliyi və “Aztelekom” MMC nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilib. Görüş zamanı layihənin mərhələli icra planı təqdim olunub, yol xəritəsi üzrə nəzərdə tutulan fəaliyyət istiqamətləri müzakirə edilib və tərəfdaşlar arasında koordinasiyanın daha da gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

“Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı ilə icra olunan BİQ layihəsi ölkədə regional resursların idarə edilməsi prosesinin formalaşdırılmasına yönəlib. Eyni zamanda, təşəbbüs böhran və fövqəladə hallarda rabitə xidmətlərinin operativ bərpasını təmin edən mexanizmlərin tətbiqini nəzərdə tutur və qəza-bərpa tədbirlərinin çevik, planlı şəkildə icrası üçün hazırlıq səviyyəsini artırır.

BİQ çərçivəsində yaradılan əməkdaşlıq modeli müxtəlif qurumlar arasında operativ informasiya mübadiləsini və resursların effektiv bölüşdürülməsini təmin etməklə telekommunikasiya infrastrukturunun dayanıqlılığını gücləndirir.

Qeyd edək ki, layihənin ilkin mərhələsi 2024-cü ildə uğurla tamamlanıb. Bu mərhələdə operativ böhran idarəetmə qrupları formalaşdırılıb, regionlarda simulyasiya testləri keçirilib və rabitə xidmətlərinin bərpa müddətinin optimallaşdırılması istiqamətində əhəmiyyətli nəticələr əldə olunub.

İş elanları AzVak.az-da

23.02.2026 19:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18