Mir Camal Paşayev: “2006-cı ildə hekayəmiz “PAŞA Sığorta”nın təsis edilməsi ilə başladı”
“2006-cı ildə hekayəmiz “PAŞA Sığorta”nın təsis edilməsi ilə başladı”.
Bunu “PAŞA Holding”in Direktorlar Şurasının sədr müavini Mir Camal Paşayev bildirib.
Belə ki, 2006-cı ildə təsis olunan “PAŞA Sığorta” bu gün fəaliyyətinin 20 illik yubileyini qeyd edir. Şirkət bu dövr ərzində Azərbaycan sığorta bazarının aparıcı iştirakçılarından biri kimi mövqeyini davamlı olaraq gücləndirib və müştərilər üçün etibarlı, dayanıqlı sığorta mühitinin formalaşmasına nail olub.
Son 20 il ərzində “PAŞA Sığorta” korporativ və fərdi müştərilər daxil olmaqla ümumilikdə 3 milyona yaxın müştəriyə xidmət göstərib. Şirkət bu müddət ərzində həm biznes tərəfdaşlarının, həm də fərdi müştərilərin etibarını qazanaraq ölkənin sığorta sektorunda etibarlı tərəfdaş kimi fəaliyyətini davam etdirir.
Fəaliyyət dövrü ərzində “PAŞA Sığorta” minlərlə müştərinin həyatına müsbət təsir göstərib, onların ən çətin və həssas anlarında maliyyə təhlükəsizliyinin təmin olunması istiqamətində etibarlı tərəfdaş kimi çıxış edib.
“20 il ərzində “PAŞA Sığorta”nın inkişaf strategiyasının əsasını müştəri yönümlülük prinsipi təşkil edib. Biz daim müştərilərimizin ehtiyaclarını daha yaxşı anlamağa və onlara etibarlı, yüksək keyfiyyətli xidmət təqdim etməyə çalışmışıq. Bu gün həyata keçirdiyimiz rəqəmsal transformasiya təşəbbüsləri, süni intellekt və data əsaslı yanaşmalar, eləcə də Insurtech həllərinin tətbiqi sayəsində sığorta xidmətlərini daha sürətli, daha əlçatan və effektiv formata gətiririk. Məqsədimiz texnologiya və innovasiyanın imkanlarından istifadə edərək müştərilərimiz üçün daha yüksək dəyər yaratmaq və onların etimadını uzunmüddətli tərəfdaşlıqla doğrultmaqdır”, – deyə “PAŞA Sığorta”nın baş icraçı direktoru Niyaz İsmayılov bildirib.
Bu gün “PAŞA Holding”ə daxil olan “PAŞA Sığorta” 700 minə yaxın korporativ və fərdi müştəriyə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “AM Best” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini “BBB”, maliyyə dayanıqlılığı reytinqini isə “B++”, proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib.
Yarandığı ilk gündən “PAŞA Sığorta” cəmiyyətin rifahı üçün bir çox sosial layihələr həyata keçirir. Uşaqların təhsili, ölkə idmanına dəstək, sağlamlıq təşəbbüsləri və mədəni irsin qorunması istiqamətində layihələr şirkətin sosial missiyasının əsasını təşkil edir. Bununla yanaşı, “PAŞA Sığorta” ölkə və qlobal gündəmdə baş verən proseslərə uyğun olaraq sosial fəaliyyətini daim aktual və prioritet mövzulara uyğunlaşdırması ilə də fərqlənir. Pandemiya dövründə səhiyyə işçilərinə dəstəyin göstərilməsi, Kubadan peşəkar həkimlərin ölkəmizə cəlb edilməsi, Vətən müharibəsindən təsirlənən ailələr və uşaqlar üçün psixoloji və sosial proqramların həyata keçirilməsi bu mövqeyin bariz nümunələrindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























