Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Meqa Həyat Sığorta”nın xalis mənfəəti 2,5 dəfə artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Meqa Həyat Sığorta”nın xalis mənfəəti 2,5 dəfə artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Meqa Həyat Sığorta 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb. Şirkət hesabat ilini 3 milyon 773 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici 2024-cü illə müqayisədə 2,5 dəfə çoxdur.

Maliyyə hesabatına görə, ötən il şirkətin gəlirləri 17 milyon 291 min manat təşkil edib və bu, əvvəlki illə müqayisədə 2,1 dəfə artım deməkdir. Xərclər 12 milyon 575 min manat olub ki, bu da 2 dəfə çoxdur. Şirkətin mənfəət vergisi üzrə ödənişləri isə 943 min manat təşkil edib və bu göstərici 2,5 dəfə artıb.

Reklam_3_11

2026-cı ilin 1 yanvar tarixinə olan məlumata görə, Meqa Həyat Sığorta-nın aktivləri 35 milyon 843 min manata düşüb ki, bu da illik müqayisədə 25,7 % azalma deməkdir. Hesabat dövründə şirkətin öhdəlikləri 19 milyon 612 min manata enərək 42,7 % azalıb. Balans kapitalı isə 16 milyon 231 min manata yüksələrək 16 % artım göstərib.

Qeyd edək ki, Meqa Həyat Sığorta 2019-cu ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 11 milyon manatdır və səhmlərinin 100 %-i “Meqa Sığorta” ASC-yə məxsusdur.

İş elanları AzVak.az-da

Meqa Həyat Sığorta həyat sığortası sığorta şirkəti maliyyə nəticələri 2025 xalis mənfəət gəlirlər xərclər mənfəət vergisi aktivlər öhdəliklər balans kapitalı sığorta sektoru maliyyə hesabatı Meqa Sığorta ASC nizamnamə kapitalı sığorta bazarı maliyyə göstəriciləri
09.04.2026 21:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18