“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
“Gəncə Cihazqayırma Zavodu” səhmdarlarını yığıncağa çağırır — dividend məsələsi müzakirə ediləcək“Gəncə Cihazqayırma Zavodu” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Marja xəbər verir ki, yığıncaq 25 iyul 2026-cı il tarixində saat 11:00-da “Gəncə Cihazqayırma Zavodu” ASC-nin Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 1 ünvanında yerləşən baş ofisində baş tutacaq.
İclasın gündəliyinə cəmiyyətin fəaliyyəti üçün tələb olunan müxtəlif maliyyələşdirmə üsulları və vasitələrinin nəzərdən keçirilməsi və təsdiqi daxildir. Buraya bank kreditləri, səhmdarlardan cəlb ediləcək borc vəsaitləri, müvafiq zəmanətlərin və qarantiyaların alınması kimi məsələlər aiddir.
Bundan başqa, yığıncaqda cəmiyyətin 2025-ci ilin nəticələrinə görə əldə edilmiş xalis mənfəətinin bölüşdürülməsi və onun müəyyən hissəsinin səhmdarlara dividend formasında ödənilməsi məsələsi də müzakirə olunacaq.
Gündəliyə digər cari məsələlərin də daxil edildiyi bildirilir.
Cəmiyyətin səhmdarları ümumi yığıncağın gündəliyi üzrə materiallarla “Gəncə Cihazqayırma Zavodu” ASC-nin AZ 2023, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 1 ünvanında yerləşən baş ofisində tanış ola bilərlər.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
2 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
3 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib






























