970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
iç səhifə xəbər şəkil altı (mobil)_32

(®) İyunun 15-də ölkənin aparıcı avtomobil şirkətlərindən olan "Auto Azərbaycan" 30 illik yubileyi çerçivəsində öz sadiq müştəriləri üçün maraqlı və intellektual layihəyə imza atıb. Şirkət Azərbaycan Şahmat Federasiyasının təşkilati dəstəyi ilə müştəriləri arasında həvəskar şahmat turniri keçirib.

Reklam_3_11

Gərgin və maraqlı mübarizə şəraitində keçən turnir, iştirakçılara həm öz strateji gedişlərini nümayiş etdirmək, həm də gündəlik iş rejimindən uzaqlaşıb xoş vaxt keçirmək imkanı yaradıb.

"Auto Azərbaycan" haqqında:

"Auto Azərbaycan" şirkəti 30 ildir, ölkənin avtomobil bazarında qabaqcıl mövqelərdə qərarlaşaraq, dünyanın tanınmış və etibarlı avtomobil brendlərinin rəsmi distribütorluğunu həyata keçirir. Şirkət yüksək keyfiyyətli satış və satışsonrası servis xidməti ilə müştəri məmnuniyyətini qazanmaqla bərabər, müxtəlif sosial və korporativ məsuliyyət layihələri ilə də fəal şəkildə seçilir.

Təşkilati dəstəyə və fəal iştiraka görə təşəkkür

"Auto Azərbaycan" rəhbərliyi layihənin uğurla reallaşmasında, yarışın yüksək peşəkarlıqla və beynəlxalq standartlara uyğun təşkil olunmasında göstərdiyi əvəzsiz təşkilati dəstəyə görə Azərbaycan Şahmat Federasiyasına dərin minnətdarlığını bildirib. Federasiyanın peşəkar yanaşması sayəsində turnir həvəskar statuslu olsa da, əsl idman bayramı atmosferində baş tutub.

Şirkət, həmçinin dəvəti böyük məmnuniyyətlə qəbul edib yarışda fəal iştirak edən, intellektual mübarizəyə rəng qatan bütün dəyərli müştərilərinə xüsusi təşəkkürünü ifadə edib.

"Müştərilərimiz üçün bu cür layihələri davam etdirəcəyik"

"Auto Azərbaycan" müştəri məmnuniyyətini və onlarla qurulan uzunmüddətli dostluq münasibətlərini hər zaman ön planda tutub. Şirkətin Marketinq Departamentinin rəhbəri Vasif Əliyevin sözlərinə görə bu cür tədbirlər simvolik önəm daşıyır:

"Müştərilərimiz bizim ən böyük dəyərimizdir. Onların bizə olan etimadı fəaliyyətimizin əsas hərəkətverici qüvvəsidir. Bu turnir sadəcə bir yarış deyil, müştərilərimizə verdiyimiz dəyərin və onlarla böyük bir ailə olduğumuzun göstəricisidir. Böyük məmnuniyyətlə bildirmək istəyirik ki, müştərilərimizin asudə vaxtlarının səmərəli təşkili, aralarındakı bağların gücləndirilməsi məqsədilə bu kimi sosial, idman və intellektual tədbirlərin keçirilməsini bundan sonra da davamlı şəkildə həyata keçirəcəyik."

Qeyd edək ki, turnirin sonunda qaliblər "Auto Azərbaycan" şirkəti tərəfindən xüsusi hazırlanmış medal, avtomobillərinə xüsusi diqqət göstərə bilməkləri üçün servis paketləri və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Tədbirdə fəal iştirak edən digər müştərilərdə unudulmayıb onlarada şirkət tərəfindən dəyərli hədiyyələr təqdim olunub. Şahmat həvəskarları tədbirdən xoş təəssüratlarla ayrılaraq, bu cür təşəbbüslərin davamlı olmasını arzuladıqlarını bildiriblər.

Böyük bir ailənin rəmzi

Yarış boyunca hökm sürən səmimi və dostyana ab-hava bir daha sübut etdi ki, "Auto Azərbaycan" sadəcə bir avtomobil distribütoru deyil, öz ətrafında böyük və sadiq bir icmanı birləşdirən doğma məkandır. Şirkət bundan sonra da müştərilərinə yalnız premium keyfiyyətli xidmət təklif etməklə kifayətlənməyəcək, həm də onların həyatına fərqli rənglər və dəyər qatan unudulmaz layihələrə imza atacaq.

Auto Azərbaycan Auto Azərbaycan 30 illik yubiley Auto Azərbaycan şahmat turniri həvəskar şahmat turniri Azərbaycan Şahmat Federasiyası Auto Azərbaycan müştəriləri müştərilər arasında şahmat turniri avtomobil şirkəti avtomobil bazarı rəsmi distribütor avtomobil distribütoru satış və satışsonrası servis müştəri məmnuniyyəti sadiq müştərilər korporativ məsuliyyət layihəsi sosial layihə intellektual layihə idman tədbiri şahmat yarışı strateji mübarizə müştərilər üçün tədbir Vasif Əliyev Auto Azərbaycan Marketinq Departamenti servis paketləri qiymətli hədiyyələr medal və mükafatlar avtomobil servis paketi premium xidmət müştəri loyallığı müştəri icması böyük ailə sosial və intellektual tədbirlər Azərbaycan avtomobil sektoru avtomobil brendləri 30 illik təcrübə müştərilərlə uzunmüddətli münasibətlər Auto Azərbaycan tədbiri şirkət yubileyi şahmat həvəskarları korporativ tədbir müştərilər üçün sosial layihə.
15.06.2026 14:13
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19