970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...

Bakıda təşkil edilən İİB Qrupunun Özəl Sektor Forumunun açılış mərasimində özəl sektorun inkişafı, üzv ölkələr arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub, bir sıra sənədlər imzalanıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
iç səhifə xəbər şəkil altı (mobil)_32

16-19 iyun tarixlərində Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Özəl Sektor Forumu (“PSF 2026”)  başlayıb.

Forum Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali himayəsi altında keçirilir. Tədbir İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun İİB Qrupuna daxil olan İnvestisiyaların və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası və Biznes Forumu (THIQAH) ilə tərəfdaşlığı çərçivəsində təşkil olunub.

Forumun açılış mərasimində çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, həm Azərbaycan, həm də İİB Qrupu özəl sektorun inkişafına, KOB-ların dəstəklənməsinə, rəqəmsal transformasiyaya və dayanıqlı investisiyalara xüsusi önəm verir.

Qeyd edilib ki, dayanıqlı inkişafın təmin edilməsi ticarət və investisiya əlaqələrinin genişləndirilməsini, etibarlı maliyyə alətlərinin tətbiqini və özəl sektorla səmərəli tərəfdaşlığın gücləndirilməsini zəruri edir. Ölkəmizdə özəl sektora dövlət dəstəyi və investisiya təşviqləri haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycanda emal sənayesi, kənd təsərrüfatı, nəqliyyat-logistika, bərpa olunan enerji, rəqəmsal texnologiyalar, yüksək əlavə dəyər yaradan xidmət sahələri və ixrac potensialına malik digər qeyri-neft-qaz istiqamətləri üzrə geniş investisiya imkanları mövcuddur. Qeyd olunub ki, İslam İnkişaf Bankının Toplantıları çərçivəsində dəyəri 4,7 milyard ABŞ dollarını ötən 32-dən çox saziş və anlaşma memorandumunun imzalanması gözlənilir.

İİB Qrupunun sədri Məhəmməd Əl-Casir forumun üzv ölkələrin işgüzar dairələrinin ticarət və investisiya münasibətlərinin təşviqi, dayanıqlı inkişaf məqsədlərinə uyğun yeni təşəbbüslərin dəstəklənməsi baxımından əhəmiyyətini qeyd edib.

Tədbirin açılış mərasimində özəl sektorun və ticarətin maliyyələşdirilməsi, investisiya və rəqəmsal sahələr üzrə əməkdaşlıq sənədlərinin mübadiləsi həyata keçirilib. Belə ki, ICD və SOCAR arasında Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində infrastruktur və enerji layihələri üzrə maliyyələşdirmə, investisiya və məsləhət imkanlarının araşdırılmasını nəzərdə tutan Anlaşma Memorandumu, ICD və Azərbaycan Biznesinin İnkişafı Fondu arasında yerli valyutada maliyyələşdirmə xətti imkanları üzrə Çərçivə Agentlik Sazişi, ICD və Türk İnvestisiya Fondu arasında maliyyələşdirmə xətti üzrə Çərçivə Agentlik Sazişi, ICD və “Azerconnect Group” arasında birbaşa maliyyələşdirmə mexanizmi üzrə Mandat məktubu, ICD və “TuranBank” arasında maliyyələşdirmə xətti üzrə niyyət məktubu, ITFC və “Rabitəbank” arasında maliyyələşdirmə xətti üzrə saziş mübadilə olunub. 

İş elanları AzVak.az-da

Qeyd edək ki, Forumun proqramına Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu (AZHAB Forum 2026), Azərbaycanın investisiya perspektivlərinə, eləcə də regional inteqrasiya mövzularına dair  müzakirələr, sərgi, startaplar və KOB-lar arasında müsabiqə, B2B və B2G görüşlər daxildir. Həmçinin, proqram çərçivəsində İİB Qrupunun üzv ölkələr üzrə fəaliyyəti, xidmətləri və təşəbbüsləri, Azərbaycanda özəl sektor üzrə investisiyaların və ticarətin təşviqi alətləri təqdim olunur.

17.06.2026 16:09
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19