970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib

AzVak-mobil_resmin_ustu_31
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
iç səhifə xəbər şəkil altı (mobil)_32

(®) NEQSOL Academy peşəkar və şəxsi inkişafının müxtəlif mərhələlərində olan şəxslərin bilik və bacarıqlarını inkişaf etdirməsinə dəstək vermək məqsədilə hər kəs üçün açıq olan yeni rəqəmsal öyrənmə platforması SkillHub-ı təqdim edib.

SkillHub istifadəçilərə sürətlə dəyişən və texnologiyaların inkişafı ilə formalaşan müasir dünyada uğur qazanmaq üçün tələb olunan gələcəyə yönəlmiş bilik və bacarıqları ödənişsiz şəkildə əldə etmək imkanı yaradır.

CrossKnowledge-dən dünya səviyyəli təlimlərlə təchiz edilmiş və NEQSOL Holding tərəfindən tam maliyyələşdirilən NEQSOL Academy-nin SkillHub platforması süni intellekt, liderlik, kommunikasiya, biznesin əsasları və şəxsi effektivlik kimi sahələrdə bacarıqlarını inkişaf etdirməyə kömək edən peşəkar inkişaf resurslarına çıxış imkanı yaradır.

NEQSOL Academy – Hər yerdə, Hər zaman konsepsiyası çərçivəsində təqdim olunan SkillHub müxtəlif cihazlardan və məkanlardan əlçatan olan çevik öyrənmə təcrübəsi təqdim edir. SkillHub qlobal rəqəmsal təlim təminatçısı olan və BlackRock, BNP Paribas, Schneider Electric, Orange, Sanofi, Carrefour və ArcelorMittal kimi aparıcı təşkilatların etibar etdiyi CrossKnowledge tərəfindən dəstəklənir. Onun təqdim etdiyi məzmun Harvard, Stanford, INSEAD, Cambridge, Wharton, London Business School və HEC Paris kimi nüfuzlu təhsil müəssisələri ilə əlaqəli ekspertlər və müəllim heyəti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Platforma NEQSOL Academy-nin Təlim İdarəetmə Sistemi (LMS) üzrə tərəfdaşı olan Enocta üzərində qurulub.

“Təhsilə və peşəkar inkişafa investisiya qoyuluşu güclü təşkilatların və dayanıqlı icmaların formalaşması üçün mühüm əhəmiyyət daşıyır,” – deyə NEQSOL Holding-in Baş İcraçı Direktoru Kirill Rubinski bildirib. “SkillHub gənc mütəxəssislərin yüksək keyfiyyətli təhsil resurslarına çıxış əldə etməsi və karyeraları boyunca inkişafını davam etdirməsi üçün faydalı imkanlar yaratmağa dair baxışımızı əks etdirir.”

“SkillHub üçün akademik mükəmməlliyi və özünü doğrultmuş qlobal təcrübəni birləşdirən platforma axtarırdıq,” – deyə NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib. “CrossKnowledge müasir istifadəçilərin ehtiyaclarına uyğun yüksək keyfiyyətli məzmunu, nüfuzlu ekspert yanaşmalarını və cəlbedici rəqəmsal öyrənmə təcrübəsini bir araya gətirir.”

SkillHub-a giriş və qeydiyyat: https://neqsolacademy.com/

SkillHub video təqdimat: 

NEQSOL Holding haqqında

NEQSOL Holding beynəlxalq şirkətlər qrupu 11 ölkədə telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir. Qrup dünya üzrə 25 milyon müştəriyə xidmət göstərir və 20 mindən çox əməkdaşı var.

NEQSOL Academy haqqında

NEQSOL Academy davamlı öyrənməni, peşəkar mükəmməlliyi və bilik mübadiləsini təşviq etmək məqsədilə yaradılmış NEQSOL Holding-in korporativ öyrənmə ekosistemidir. Müxtəlif dillərdə qabaqcıl öyrənmə imkanları təqdim edən NEQSOL Academy “Hər yerdə, Hər zaman” prinsipini rəhbər tutaraq əməkdaşların və daha geniş auditoriyaların innovativ inkişaf proqramları vasitəsilə inkişafını dəstəkləyir.

CrossKnowledge haqqında

CrossKnowledge rəqəmsal öyrənmə həlləri sahəsində qlobal liderlərdən biridir və ekspert məzmunu, öyrənmə texnologiyaları və peşəkar xidmətlərin kombinasiyası vasitəsilə təşkilatlara əməkdaşlarının bilik və bacarıqlarını inkişaf etdirməyə kömək edir. CrossKnowledge 20 ildən çoxdur ki, aparıcı beynəlxalq təşkilatlara gələcəyə yönəlmiş bacarıqların inkişaf etdirilməsi və davamlı öyrənmə mədəniyyətinin təşviqi istiqamətində dəstək göstərir.

İş elanları AzVak.az-da

NEQSOL Academy SkillHub NEQSOL SkillHub rəqəmsal öyrənmə platforması ödənişsiz təlim platforması onlayn təhsil peşəkar inkişaf şəxsi inkişaf gələcəyin bacarıqları süni intellekt təlimləri liderlik bacarıqları kommunikasiya bacarıqları biznes bacarıqları şəxsi effektivlik CrossKnowledge Enocta LMS platforması NEQSOL Holding NEQSOL Holding təhsil Kirill Rubinski Meriç Tunç Harvard Stanford INSEAD Cambridge Wharton London Business School HEC Paris qlobal təlim platforması rəqəmsal təlim həlləri davamlı öyrənmə korporativ öyrənmə ekosistemi NEQSOL Academy Hər yerdə Hər zaman peşəkar təlim resursları gənc mütəxəssislər üçün təlim karyera inkişafı yüksək keyfiyyətli təhsil resursları rəqəmsal bacarıqlar innovativ inkişaf proqramları beynəlxalq təhsil platforması gələcəyə yönəlmiş bacarıqlar NEQSOL Academy qeydiyyat SkillHub qeydiyyat SkillHub video təqdimat
24.06.2026 12:39
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19