Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR

AzVak-mobil_resmin_ustu_31
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azercell Telekom Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” adlı xüsusi təklif təqdim edir.

Marja.az xəbər verir ki, yeni təklifin məqsədi əsgərlərin xidmət müddəti ərzində ailə üzvləri və yaxınları ilə təhlükəsiz, etibarlı və nəzarətli şəkildə əlaqə saxlamasına imkan yaratmaqdır.

“Əsgərcell” paketi smart-funksiyaları olmayan xüsusi mobil telefon, yeni Azercell nömrəsi və 1 manat ilkin balansdan ibarətdir. Təhlükəsizlik tələblərinə uyğun olaraq cihazda internet və digər əlavə funksiyalar deaktiv edilib. Əsgərlər yalnız səsli zəng xidmətindən istifadə edə biləcəklər.

Təklif çərçivəsində hərbi xidmət keçən şəxs əvvəlcədən təsdiqlənmiş 5 nömrə seçərək müəyyən edilmiş vaxtlarda ailə üzvləri və yaxınları ilə əlaqə saxlaya biləcək. Bundan başqa, təcili hallar üçün xüsusi nömrəyə zəng etmək imkanı da nəzərdə tutulub.

Təklifin dəyəri 88 manatdır

Tarif şərtlərinə əsasən, şəbəkədaxili zənglərin 1 dəqiqəsi 0,03 manat, şəbəkəxarici zənglərin 1 dəqiqəsi isə 0,04 manat təşkil edir. Mesaj və internet xidmətləri bağlı olacaq. Nömrə və tarifdən istifadə müddəti 18 ay müəyyən edilib.

Xidmət yalnız müəyyən olunmuş saatlarda aktiv olacaq. Bazar ertəsi–cümə günləri saat 18:00-dan 21:00-dək, şənbə günləri saat 15:00-dan 22:00-dək, bazar günləri isə saat 10:00-dan 21:00-dək zəng xidmətindən istifadə mümkün olacaq. Qeyri-iş saatlarında xidmət göstərilməyəcək.

Əsgər təklifə hərbi hissələrdə xüsusi ayrılmış ərazidə fəaliyyət göstərən müvəqqəti satış məntəqəsinə yaxınlaşaraq və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə qoşula bilər.

Məlumata görə, 18 ay ərzində balansın artırılıb-artırılmamasından asılı olmayaraq xətt açıq qalacaq.

“Əsgərcell”in əsas üstünlükləri sırasında xidmət müddəti ərzində ailə və yaxınlarla etibarlı əlaqə imkanı, sadə istifadə olunan mobil telefon, təhlükəsizlik tələblərinə uyğun rabitə həlli və hərbi xidmət şəraitinə uyğun hazırlanmış xüsusi kommunikasiya modeli yer alır.

Ətraflı: https://www.azercell.com/az/personal/esgercell.html

Bu təşəbbüs hərbi xidmət dövründə əsgərlərin ailələri ilə rabitə imkanlarını daha əlçatan edir, eyni zamanda informasiya təhlükəsizliyi tələblərinə uyğun nəzarətli əlaqə mühiti yaradır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Əsgərcell Azercell Əsgərcell Müdafiə Nazirliyi əsgərlər üçün xüsusi təklif hərbi xidmət əsgərlər üçün mobil telefon hərbi xidmətə çağırılan şəxslər əsgərlərlə əlaqə ailə ilə əlaqə təhlükəsiz rabitə səsli zəng xidməti smart-funksiyasız telefon Azercell nömrəsi 88 manatlıq təklif hərbi hissələrdə satış məntəqəsi əsgərlər üçün tarif şəbəkədaxili zəng şəbəkəxarici zəng 5 təsdiqlənmiş nömrə 18 aylıq istifadə müddəti əsgər ailələri informasiya təhlükəsizliyi hərbi rabitə xidməti
25.06.2026 16:24
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19