Rusiyadan Azərbaycana 1,3 milyardlıq ixrac
Azərbaycan bu ilin yanvar-avqust aylarında Rusiya Federasiyasına (RF) 435,7 milyon ABŞ dolları dəyərində mal ixrac edib. Ötən ilin həmin dövründə bu məbləğ 256 milyon ABŞ dolları təşkil edib. Bu barədə RF Federal Gömrük Xidmətinin (FGK) məlumatında deyilir.
FGK məlumatına görə, Azərbaycan Rusiyadan 2017-ci ilin yanvar-avqust aylarında 1 milyard 273,4 milyon dollarlıq mal idxal edib. Keçən il bu məbləğ 799,5 milyon dollara bərabər idi.
Hesabat dövründə Rusiyaya Belarusdan 8 milyard 45.9 milyon dollarlıq, Qazaxıstandan 3 milyard 253 milyon dollarlıq, Ermənistandan 299,5 milyon dollarlıq, Ukraynadan 3047 milyon dollarlıq mal ixrac edilib.
Rusiyanın aparıcı iqtisadi tərəfdaşı Avropa İttifaqıdır. Yanvar-avqust aylarında xarici ticarət dövriyyəsinin 43 faizi Avropa İttifaqının payına düşüb. Uzaq xarici ölkələrlə əlaqələrə gəldikdə isə Rusiyanın hesabat dövründə əsas ticarət tərəfdaşı Çin olub. Bu ölkə ilə əmtəə dövriyyəsinin həcmi 54,4 milyard dollar, Almaniya ilə 31,3 milyard dollar, Niderland ilə 26,4 milyard dollar təşkil edib.
Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-avqust dövründən Azərbaycandan Rusiyaya ixrac 364 milyon min dollar, Rusiyadan idxal isə 913 milyon 227 min dollar təşkil edib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
29 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
50 d. əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























