“Neft Fondundan büdcəyə 76 milyard dollar transfert edilib”
“Son 10 ildə Azərbaycan Respublikası Neft Fondundan büdcəyə 76 milyard dollar transfert edilib. Bu, böyük rəqəmdir. Bu transfert olmasaydı, Azərbaycan risklərlə üzləşə bilərdi. Biz hamımız bilirik ki, qloballaşan dünyada Azərbaycan balaca ölkədir və nə qədər təzyiqlər var”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, hökumətin neftin qiyməti, Dövlət Neft Fondunun vəsaitlərindən istifadə edilməsi ilə bağlı yanaşması milli iqtisadiyyatın inkişafı, qlobal risklərdən qorunmaq üçün möhkəm iqtisadi baza yaratmaq baxımdan kifayət qədər məqbuldur.
“Neftdən asılılığın çox olması, Neft Fondundan transfertlərin çox olması və sair kimi halların arxasında obyektiv olaraq Azərbaycan dövlətinin iqtisadi potensialının qüvvətlənməsi durur. Əgər Neft Fondundan ayırmalar olmasaydı, “Əsrin müqaviləsi” bağlanmasaydı, biz bu müqavilə hesabına Azərbaycana daxil olan gəlirlərin bir hissəsini irimiqyaslı layihələrə yönəltməsəydik, bizim bu gün iqtisadi müstəqilliyimizdən söhbət gedə bilməzdi”.
Z. Səmədzadə əlavə edib ki, Azərbaycan dövləti bu siyasəti davam etdirəcək.
© APA
Müştərilərin xəbərləri
AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 d. əvvəl
- 15 d. əvvəl
- 18 d. əvvəl
-
1 saat əvvəl
Gələcəyin iqtisadçıları üçün müasir yatırım dərsləri: İnvestAZ mütəxəssislərindən Master Klass
- 2 saat əvvəl
-
2 saat əvvəl
EGA şirkəti Legal 500 və ACCA tərəfindən beynəlxalq səviyyədə tanınıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı
Avropada zəhərli uşaq qidası təşvişi yaşanır
AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi
Ən çox oxunanlar
Baku Steel Company Almaniyada Tube 2026 sərgisində
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
Mərkəzi Bank sığorta şirkətinin lisenziyasını ləğv etdi
"Azərpoçt"a yeni rəhbər təyin edilib
“Azərpoçt"un rəhbəri işdən çıxıb







.jpg)





.jpg)






