Bakcell şirkətinin baş direktoru Barselonada panel müzakirələrinə qatılıb
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, mobil sənayesinin paytaxtı olan Barselona şəhərində keçirilmiş Dünya Mobil Konqresində iştirak edib.
GSMA tərəfindən təşkil olunan Dünya Mobil Konqresi (Mobile World Congress) mobil telekommunikasiya sahəsinin ən nüfuzlu və ən böyük tədbirlərdən biri sayılır.
Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers Dünya Mobil Konqresinin İdman və Əyləncə sammiti çərçivəsində “Müştəri Təcrübəsinin Təkmilləşdirilməsi” mövzusunda keçirilmiş panel müzakirələrinə qatılıb.
“Bakcell öz şəbəkəsinə və müştəri təcrübəsinin daha da inkişaf etdirilməsinə sərmayə yatırmağa davam edir. Biz inanırıq ki, innovativ texnologiyalar müasir və etibarlı şəbəkə ilə birlikdə bizim müştərilərimizə yüksək keyfiyyətli müştəri təcrübəsi təmin etmənin təməlidir”, deyə Nikolai Beckers bildirib.
Panel müzakirələrində cənab Beckers ilə birgə “Active Ticketing” şirkətinin baş direktoru Li But, “O2” şirkətinin baş marketinq direktoru Nina Bibbi, “Globe” şirkətinin kontent biznesi üzrə vitse-prezidenti Jil Qo və “Barcelona” futbol klubunun əmlak məsələləri üzrə direktoru Uilyam Mannarelli də iştirak edib. Panel müzakirəsi zamanı sənaye liderləri mobil texnologiyanın müştəri xidmətinin keyfiyyətinə, özünəxidmət imkanlarının genişləndirilməsinə, infrastrukturun effektifliyinin artırılmasına və məzmuna çıxış imkanlarının təmin edilməsinə müsbət təsirindən söz açıblar.
Ənənəvi olaraq hər il keçirilən Dünya Mobil Konqresi (Mobile World Congress) telekommunikasiya sənayesi üzrə yeni əlaqələrin qurulması, yeni biznes və sövdələşmə imkanlarının yaradılması üçün dünyanın ən yüksək səviyyəli tədbiridir. Konqres çərçivəsində dünya səviyyəli konfranslar və peşəkar panel müzakirələri keçirilir, 2200-dən artıq şirkət tərəfindən mobil kommunikasiya bazarının gələcəyini təşkil edəcək ən son məhsul və texnologiyalar nümayiş olunur.
Bakcell şirkətinin nümayəndələri hər il olduğu kimi, bu il də 2018-ci ilin fevral ayının 28-dən mart ayının 1-ə qədər davam etmiş Dünya Mobil Konqresində fəal iştirak ediblər. Səfər zamanı şirkətin yüksək vəzifəli şəxsləri və aparıcı menecerləri ən son texnoloji yeniliklər və sənayənin ən müasir tendensiyaları ilə tanış olub, bir sıra maraqlı panel və müzakirələrdə iştirak ediblər.
İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti Azərbaycan istehlakçılarının dünyanın ən son tendensiyaları və yerli bazarın tələblərinə uyğun olan ən son məhsul və xidmətlərdən yararlanması üçün əlindən gələni edir. Qlobal telekommunikasiya tendensiyaları ilə ayaqlaşmaq məqsədilə, Bakcell müntəzəm qaydada ən nüfuzlu telekommunikasiya tədbirləri və sərgilərdə iştirak edərək müştərilərə ən yüksək səviyyədə xidmət göstərməyinə kömək edə biləcək ən yaxşı ideyalar ilə qayıdıb onları tətbiq etməyə çalışır.
Tədbirdən həvəskar çəkilişi buradan izləmək mümkündür: https://goo.gl/UMqiuN
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
53 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
1 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























