“Vergi Uçotu” təlimi - qeydiyyat elan edildi
Maliyyə Bazarı üzə Təlim və Maarifləndirmə Mərkəzi uğurlu təcrübəsinə əsaslanaraq növbəti “Vergi Uçotu” təliminə qeydiyyat elan edir!
Maliyyə sahəsində 400-dən çox iştirakçıya 42 təlimi uğurla həyata keçirmiş Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi bu təcrübəsi ilə ən etibarlı təlim tərəfdaşınıza çevrilmişdir. İndiyə kimi 3 dəfə təşkil edərək uğurla keçirtdiyimiz "Vergi uçotu" təliminə 25 Fevral 2017-ci il tarixindən etibarən 4-cü dəfə start veriləcək!
Təlim proqramı Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun təşkil edilmiş vergi uçotunun prinsip və qaydalarını, vergi bəyannamələrin hazırlanmasını və vergi qanunvericiliyinin tələblərinin mühasibat uçotunda əks etdirilməsini əhatə edir.
Təlimin başlama tarixi: 25 fevral 2017-ci il
Dərs günləri: Şənbə və çərşənbə günləri
Vaxt: 1) Şənbə günləri: 15:00 – 17:00
2) Çərşənbə günləri 19:30 – 21:30
Təlim proqramını dinləmiş şəxslər
a) vergi uçotunda hesablar planının strukturu,
b) vergi bəyannamələrin elementləri, strukturu və tərtib edilməsi qaydaları,
c) təsərrüfat subyektlərin gündəlik fəaliyyətlərində istifadə edilən əsas iqtisadi əməliyyatların nəzəri bazası və onların vergi uçotu sistemində düzgün əks etdirilməsi,
e) təsərrüfat subyektlərin iqtisadi fəaliyyətinə birbaşa aid edilən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin (vergi, əmək, mülki və s.) təsiri və vergi uçotu sistemində və vergi bəyannamələrində düzgün əks etdirilməsi ilə tanış olacaqlar və bunlarla bağlı müvafiq bilikləri əldə etmiş olacaqlar.
Tədris dili: Azərbaycan dili
Təlimin müddəti(saat): 30 saat
Təlimin ümumi qiyməti – 270 AZN
* Sayı birdən çox korporativ müştərilər və tələbələr üçün xüsusi endirimlər mövcuddur.
Təlimçi: Şaban Abdullayev
Azərbaycan Dövlət İqtisad Universitetində vergi və vergitutma ixtisası üzrə bakalavr, Azərbaycan Kooperasiya Universitetində isə vergi və vergitutma ixtisası üzrə magistr dərəcəsi almışdır. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə ikinci magistr təhsili alır. Vergi və gömrük sahəsində 10 ilədək iş təcrübəsinə malikdir. İndiyədək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsində baş məsləhətçi vəzifəsində işləyir. Tutduğu vəzifə vergi və gömrük qanunvericiliyi sahəsində xarici ölkələrin təcrübəsinin öyrənilməsinə, həmin ölkələrin təcrübəsinin Azərbaycanda tətbiqi ilə bağlı təkliflərin verilməsinə xidmət etmişdir.
Təlim haqqında daha ətraflı məlumat əldə etmək və həmçinin qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə bilərsiniz :http://cmtc.gov.az/az/vergi-ucotu
Yekunda iştirakçılar sertifikatla təmin olunacaq!
Alternativ olaraq bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın:
(+994)12 498 16 77
(+994)70 272 99 79
(+994)55 672 99 79
[email protected]
www.fmtc.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 27 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hörmüz boğazı bir az da bağlı qalsa neftin qiyməti 150 dollara çata bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
WSJ: Tramp Hörmüz boğazı bağlı qalsa belə müharibəni bitirməyə hazırdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pezeşkian: “Atəşkəs İran xalqının təhlükəsizliyi və maraqlarının təmin olunmasından asılıdır”
-
2 saat əvvəl
Uber, lüks seqment xidmətini gücləndirmək üçün Blacklane startapını satın alır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Azərbaycan neftinin qiyməti 128 dolları ötüb
Neft treyderləri səbirsizliklə aprelin 6-sını gözləyirlər
İrandan Trampın Xark adası planına sərt cavab
Ən çox oxunanlar
Ağ Ev: İran danışıqlarda ABŞ-ın bəzi tələblərini qəbul edib
Pezeşkian: “Atəşkəs İran xalqının təhlükəsizliyi və maraqlarının təmin olunmasından asılıdır”
Bayramovla Əraqçi arasında telefon danışığı baş tutub
Müharibə Avrozonada inflyasiya gözləntilərinə təsir edib
Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir

























