Bank sektoru tənəzzüldən xilas ola bilmir
Aprel ayında Azərbaycanın bank sektorunun cəmi aktivləri 592 milyon manat azalıb.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, Fevral ayının sonunda 28 milyard 499 milyon manat olmuş cəmi aktivər, Mart ayının sonunadək 27 milyard 907 milyon manata düşüb.
Bankların əsas gəlir mənbəyi olan kreditlər də azalıb. Martda xalis kreditlər 82 milyon manat azalaraq 9 milyard 595 milyon manata düşüb.
Bankların digər banklardakı depozitləri də 57 milyon manat azalaraq 7 milyard 757 milyon manata geriləyib. Banklar da depozit yerləşdirib gəlir əldə edə bilirlər.
Bankların digər gəlir yeri olan qiymətli kağızlara investisiyalar da 2 milyard 472 milyon manatdan 2 milyard 302 milyon manata düşüb (170 milyon manat azalma).
Bankların digər banklara və maliyyə institutlarına verdikləri kreditlər 15,5 milyon manat azalaraq 227,1 milyon manata geriləyib.
Bank sektoru öhdəliklər cəbhəsində də tənəzzüldədir. Mart ayında depozitlər 423 milyon manat azalaraq 16 milyard 717 milyon manata düşüb.
O cümlədən, Martda fiziki şəxslərin depozitləri (əhalinin əmanətləri) 157 milyon manat azalaraq 7 milyard 580 milyon manata enib. Hüquqi şəxslərin depozitləri isə 266 milyon manat azalaraq 9 milyard 137 milyon manata düşüb.
Digər maliyyə institutlarının depozitləri 198 milyon manat azalaraq 1 milyard 230 milyon manata enib.
Mart ayında Fevralın sonu ilə müqayisədə bankların cəmi kapitalı 15 milyon manat azalaraq 3 milyard 870 milyon manata geriləyib.
İlk 3 ayı Azərbaycanın bank sektoru 55,9 milyon manat zərər ilə başa vurub. Bank sektoru üzrə zərərin yaranması VTB Bank (Azərbaycan)-ın 2018-ci ilin yanvar-mart dövrünü 247 milyon 412 min manat zərər ilə başa vurmasıdır. Ümumiyyətlə, 2018-ci ilin 1-ci rübünü 7 bank zərər ilə başa vurub. 7 bankın birlikdə zərəri 23 bankın mənfəətini üstələyib. Bu səbəbdən bank sektoru üzrə yekun nəticə mənfidir.
Bank sektorunda tənəzzül devalvasiyalardan sonra hər ay davam edir.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bəyan edib ki, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin işə düşməsi, İpoteka və Zəmanət Fondunun fəaliyyətə başlaması ilə kreditlərə tələb canlanacaqdır.
Əlavə edək ki, 2018-ci ilin ilk rübünün maliyyə nəticələri göstərir ki, 6 bankın gəlirləri xərclərini ödəmir. 3 bankda xərclərin gəlirlərdən yüksək olması daha çoxdur. Bu banklar ya xərcləri kəskin azaltaraq gəlirə uyğunlaşdırmalı, ya da müştərilərə verilən kreditlər ciddi məbəğdə artırılaraq gəlirlər yüksəldilməlidir. Bu da hazırkı vəziyətdə çox çətindir. Başqa yollar digər banka birləşmək və ya fəaliyyəti dayandırmaqdır.
Bank sektorunun icmal balansı (mln manatla)
Aktivlər | 28.02.2018 | 31.03.2018 | |
1. Nağd vəsaitlər | 1,295.9 | 1,307.3 | |
2. Mərkəzi Bankda müxbir hesablar* | 2,739.9 | 2,947.7 | |
3. Nostro hesablar (başqa banklardakı müxbir hesablar) | 1,781.5 | 1,389.2 | |
4. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər | 7,814.4 | 7,756.6 | |
5. Qiymətli kağızlar | 2,471.6 | 2,301.6 | |
6. Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər | 242.6 | 227.1 | |
6.1 xalis kreditlər | 192.4 | 176.1 | |
7. Müştərilərə verilən kreditlər | 11,147.2 | 11,249.6 | |
7.1 Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat | 1,469.9 | 1,654.0 | |
7.2 Xalis kreditlər | 9,677.3 | 9,595.5 | |
8. Əsas vəsaitlər | 858.2 | 855.0 | |
9. Qeyri-maddi aktivlər | 127.5 | 127.5 | |
10. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla) | 1,540.1 | 1,450.9 | |
11. Cəmi aktivlər | 28,498.8 | 27,907.4 | |
|
| ||
Öhdəliklər | 28.02.2018 | 31.03.2018 | |
1. Depozitlər (maliyyə institutları istisna olmaqla) | 17,140.3 | 16,717.1 | |
1.1 Fiziki şəxslərin depoziti | 7,737.2 | 7,580.0 | |
1.1.1 müddətli | 5,262.8 | 5,329.5 | |
1.1.2 tələbli | 2,474.4 | 2,250.6 | |
1.2 Hüquqi şəxslərin depoziti** | 9,403.1 | 9,137.0 | |
1.2.1 müddətli | 1,827.8 | 1,796.7 | |
1.2.2 tələbli***, o cümlədən | 7,575.3 | 7,340.3 | |
- sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri | - | 77.2 | |
2. Mərkəzi Bankın banklara qarşı tələbləri | 497.5 | 499.0 | |
3. Loro hesablar | 190.7 | 211.5 | |
4. Maliyyə institutlarının depozitləri | 1,428.2 | 1,230.3 | |
5. Bankların kreditləri | 217.2 | 90.8 | |
6. Digər maliyyə institutlarının kreditləri | 1,885.8 | 1,899.9 |
7. Banklar tərəfindən buraxılmış qiymətli kağızlar | 1,852.3 | 1,851.8 |
8. Digər passivlər**** | 1,401.6 | 1,536.9 |
9. Cəmi öhdəliklər | 24,613.6 | 24,037.3 |
KAPİTAL | 28.02.2018 | 31.03.2018 |
10. Xüsusi kapital | 3,635.6 | 3,633.7 |
11. Ümumi ehtiyatlar | 249.6 | 236.4 |
12. Cəmi kapital | 3,885.2 | 3,870.1 |
13. Cəmi öhdəliklər və kapital | 28,498.8 | 27,907.4 |
Qeyd: Prudensial hesabatlılıq metodologiyası əsasında hazırlanmışdır. Sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri hüquqi şəxslərin depozitlərində əks olunmuşdur.
* Mərkəzi Bankdan cəlb olunmuş kreditlər üzrə girov qismində iştirak edən bloklaşdırılmış xarici valyutada vəsaitlər daxil olmaqla
** Mərkəzi idarəetmə və bələdiyyə idarəetmə orqanlarının depozitləri daxil olmadan, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla
*** Qeyri-bank maliyyə institutlarının cari hesabları daxil olmaqla
**** Fiziki şəxslərin subordinasiya xarakterli depozitləri nəzərə alınmaqla
Mənfəət və zərər haqqında hesabat (Bank sektoru üzrə) (mln manatla)
Mənfəət və zərər maddələri | 31.03.2018 |
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri |
428.0 |
1.1 Kreditlər üzrə faizlər |
287.0 |
2. Faiz və onlara bağlı xərclər |
151.9 |
2.1 Depozitlər üzrə faizlər |
95.1 |
3. Xalis faiz gəliri (zərəri) |
276.1 |
4. Qeyri-faiz gəlirləri |
114.5 |
5. Qeyri-faiz xərcləri |
242.7 |
6. Əməliyyat mənfəəti (zərəri) |
147.9 |
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) |
197.5 |
8. Digər gəlirlər (xərclər) |
1.4 |
9. Vergilər ödənilənədək mənfəət (zərər) |
(48.2) |
10. Mənfəətdən vergilər |
7.7 |
11. Xalis mənfəət (zərər) |
(55.9) |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
4 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
5 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək


























