“İstək” liseyi fəaliyyətini dayandırdı
İyulun 5-də “İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib.
Nazirlikdən verilən məlumata görə, müraciətdə “İstək” liseyində çalışan pedaqoji heyətin digər təhsil müəssisələrində işlə təmin edilməsi və şagirdlərin təhsillərinin digər ümumi təhsil müəssisələrində davam etdirməsinə köməklik göstərilməsi məsələləri əksini tapıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
“Təsisçinin müraciəti əsasında Təhsil Nazirliyi tərəfindən “İstək” liseyinin şagirdlərinin və pedaqoji heyətin ölkəmizin təhsil müəssisələrində yerləşdirilməsi məqsədilə İşçi qrup yaradılıb və prosesin normal gedişini təmin etmək üçün müvafiq hazırlıq işlərinə başlanılıb. Təhsil Nazirliyi “İstək” liseyində təhsil alan şagirdlərin və onların valideynlərinin diqqətinə çatdırır ki, şagirdlərin seçimi əsasında müvafiq təhsil müəssisələrində təhsillərinin davam etdirməsi, eləcə də bu məktəblərdə çalışan pedaqoji heyətin istəyindən asılı olaraq digər təhsil müəssisələrində yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq”, - deyə məlumatda qeyd edilib.
İSTƏK liseyi Azərbaycanda əvvəllər fəaliyyət göstərmiş "türk liseylərinin" (“Çağ Öyrətim İşlətmələri”) davamçısı idi.
İSTƏK liseyi I-XI sinif şagirdlərinə Azərbaycan və Beynəlxalq bölmələr üzrə təhsil xidməti göstərən ümumtəhsil müəssisəsi idi. Lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin 074503 №-li lisenziyası əsasında Bakı (İSTƏK Beynəlxalq məktəbi, İSTƏK ibtidai beynəlxalq məktəbi, Xalqlar Dostluğu və Gənclik), Sumqayıt, Quba, Şirvan, Lənkəran, Ağdaş, Mingəçevir, Gəncə və Şəki şəhərlərində fəaliyyət göstərirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 10 d. əvvəl
-
-
33 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 37 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı






.jpg)







.jpg)







