Nazir: "Kifayət qədər ixtisassız işçi qüvvəsinə malikik"
"Məşğulluq bazarında fəaliyyət göstərən kifayət qədər ixtisassız işçi qüvvəsinə malikik. Lakin bu o demək deyil ki, onların səriştəsi və bacarığı yoxdur. Əksinə, bu insanların nəsildən-nəslə ötürülən səriştə və bacarıqları mövcuddur".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması" mövzusunda keçirilən konfransda deyib.
Nazir bildirib ki, həmin şəxslərin rəsmi təsdiq sənədi yoxdur. Ona görə də qeyri-formal və informativ bacarıqlarının tanınması mexanizminin yaradılması böyük əhəmiyyətə malikdir.
S.Babayev qeyd edib ki, Azərbaycanda kifayət qədər insan hər hansı peşə müəssisəsini və ya ali təhsil müəssisəsini bitirməyib, lakin istehsal prosesində böyük bacarıqlara yiyələnib: "Ona görə də çərçivəni tam şəkildə müəyyən etdikdən sonra peşə standartlarını hazırlamalıyıq. Əvvəllər hazırlanmış və köhnəlmiş 270 peşə standartı müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Ölkədə 8 pilləli təhsil modelinə keçildiyindən bu standartlar yenilənməlidir".
Nazir əlavə edib ki, dünyada 6 min peşə var və Azərbaycan bazarının ən azı 95 faizini əhatə edən 1000 peşə üzrə standartların hazırlanması yekunlaşdırılmalıdır: "İnsanların qeyri-formal və informativ bacarıqlarını nə şəkildə tanıyacağımıza, onların sertifikatlaşmasını hansı formada həyata keçirəcəyimizə dair mexanizmi müəyyənləşdirməliyik. Bu mexanizm Azərbaycanın əmək bazarına töhfə verəcək. Bu, insanların şirkətlərdə işini rahatlaşdıracaq və böyük ixtisaslı işçi qüvvəsinə çıxış imkanı yaradacaq".
Onun sözlərinə görə, beynəlxalq təşkilatlarla və Təhsil Nazirliyi ilə birgə aktiv əməkdaşlıq aparılır: "Qısa müddətdə sənədlərin hazırlanmasını təmin edə bilərik. Ali təhsil müəssisələrinin məzunları heç də əmək bazarında tam təmsil olunmur. Çünki əmək bazarının əksəriyyəti orta ixtisas və peşə təhsilinə malik insanlardır".
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
46 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























