Məşhur yolsuzluq avtomobilinin Bakıda satışı başladı - QİYMƏTLƏR
Azərbaycanda daha bir yolsuzluq (SUV, krossover) avtomobilinin satışına başlanılır.
“Marja” xəbər verir ki, Volkswagen Bakı Mərkəzi tam yeni, 3-cü nəsil Touareg 2019 modelini öz müştərilərinə təqdim edir. Artıq sifarişlər qəbul edilir. İlk yeni Touareg-lərin Noyabr ayının sonlarına yaxın Volkswagen Bakı Mərkəzinin Babək prospektindəki satış salonunda olacaqdır.
İlk dəfə15 il əvvəl təqdim olunan Touareg, Volkswagen ailəsinin ilk krossoveri idi. Hal-hazırda Volkswagen bir çox SUV tipli avtomobillər istehsal etsə də, Touareg flaqman model olaraq qalmaqdadır. Yeni Volkswagen Touareg-i digərlərindən fərqləndirən nədir?
ÖLÇÜLƏR VƏ PLATFORMA
Yeni Touareg-in ölçüləri 4878 x 7984 x 1702 mm-dir. O keçmiş nəsil Touareg-dən 77mm daha uzun, 44 mm daha geniş və 7 mm daha alçaqdır. Yük bölməsinin həcmi ciddi şəkildə böyüyərək 687 lt-dən 810 lt-dək artıb.
Yeni model üçün istifadə olunmuş MLB Evo platforması üzəridə Porsche Cayenne, Audi Q7, Lamborgini Urus və Bentley Bentayga kimi məşhur modellər istehsal olunur. Gövdədə allumiumdan istifadəni 48% artırmaqla Yeni Touareg-in çəkisi 106 kq azaldılmışdır.
EKSTERYER VƏ İNTERYER
Yeni Volkwagen Touareg-in eksteryerinə baxdıqda həyacanlanmamaq mümkün deyil, çünki qarşınızda artıq premium seqmentə aid SUV var. Onu keçmiş nəsil Touareg ilə müqayisə etmək mümkün deyil, çünki Yeni Touareg tamamilə yeni görünüşə malikdir. R-line komplektasiyaya malik Yeni Touareg-də dəyişiklikləri saymaqla bitmir: 21 düyümlük yüngül lehimli disklər, sport görünüş verən xəttlər, ön buferin yan havaalma bölmələri və sairə.
IQ Light sisteminə malik Yeni Touareg öz müasir funksiyalarına görə sizin smartfonlarınızla yarışa bilər. Döngəyə və hündürlüyə görə tənzimlənən, gecə görüşü funksiyasına malik, qarşıdan gələn sürücülərə mane olmayan ağıllı işıq sistemi və digər xüsusiyyətləri yalnız Yeni Touareg-də görə bilərsiniz.
Salona daxil olduqda isə, buradan ayrılmaq istəməyəcəksiniz. 2 ədəd böyük ekran - 12 düyümlük (öz seqmentində maksimal ölçü) alətlər paneli və 15 düyümlük multimediya ekranı. Sürücü və sərnişinlərin rahatlığı və komfortu üçün bütün incəliklər düşünülüb, hətta öz Touareg avtomobilinizin interyerini zövqünüzə və ya geyiminizə uyğun rəngdə ışıqlandıra bilərsiniz. Yüksək alman keyfiyyəti özünü ən kiçik detallarda belə göstərir.
MÜHƏRRİK VƏ SƏRFİYYAT
Böyük krossoverə sürət və güclü mühərrik lazımdır. Yeni Touareg 3 litrlik, 340 at gücündə benzin turbo-V6 mühərrik ilə təchiz edilir. Yeni Touareg 100 km/saat sürəti cəmi 5.9 saniyəyə toplayır.
Mühərrik güclü olduğu qədər sərfəlidir, Yeni Touareg-in yanacaq sərfiyatı sürücüləri sevindirəcək:
-Şəhər daxili – 11.5 L
-Şəhərdən kənar – 7.6 L
-Qarışıq – 9.1 L
QİYMƏTLƏR
Volkswagen Bakı Mərkəzi Yeni Touareg-i 3 komplektasiyada təklif edir: R-line Status, R-line Lux və R-Line LUX Black Style. Avtomobilin ən ucuz versiyası olan R-line Status 115 min 450 manata təklif olunur. Orta təchizatlı R-line Lux-a sahib olmaq üçün 135 min 850 manat, ən zəngin təchizatlı, interyeri ilə bərabər eksteryeri ilə də digər iki versiyadan fərqlənin R-Line LUX Black Style-a sahib olmaq üçün isə 144 min 350 manat tələb olunur.
Yeni Touareg rəqibləri ilə müqayisədə daha münasib qiymətlərə təklif olunur. Üstəlik Yeni Touareg daha müasir texnologiyalara malikdir.
Volkswagen Bakı Mərkəzi ndən “Marja”ya bildirildi ki, Yeni Touareg-ə maraq həddindən artıq böyükdür. Artıq idxal olunan avtomobillərin böyük hissəsi öncədən sifariş olunub. Avtomobillərin sayı məhdud olduğundan ilk sifariş verənlər Yeni Touareg-in ilk sahibləri olacaqlar.
Yeni Touareg modelləri artıq noyabr ayında Azərbaycanda olacaq, ancaq ona sahib olmaq üçün gözləməyə ehtiyac yoxdur. Siz artıq bu gündən Volkswagen Bakı Mərkəzinə yaxınlaşaraq öz sifarişlərinizi edə bilərsiniz.
Yeni Touareg-in ilk sahibi siz olun!
Ünvan: Babək prospekti 35A, Volkswagen Bakı Mərkəzi
Tel.:*7788
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 8 saat əvvəl
-
8 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
8 saat əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
10 saat əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
11 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
1 gün əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif

















