AZAL-dan İstanbul reyslərilə bağlı açıqlama
“Atatürk” hava limanının bağlanması ilə əlaqədar olaraq 7 aprel 2019-cu il tarixdən etibarən AZAL-ın İstanbul istiqaməti üzrə bütün reysləri yeni hava limanına (Istanbul New Airport) həyata keçiriləcək.
Bu barədə “Marja”ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Məlumatda qeyd edilib ki, 2019-cu ilin yay uçuş cədvəli (31 martdan - 26 oktyabradək) çərçivəsində "Azərbaycan Hava Yolları" Bakı-İstanbul-Bakı marşrutu üzrə gündə üç reys, 1 may tarixindən 6 oktyabr tarixinədək isə gündə dörd reys həyata keçirəcək.
Yeni hava limanı İstanbulun Avropa hissəsinin Arnavutköy bölgəsində, şəhərin mərkəzindən 35 kilometr məsafədə yerləşir. Hava limanına gediş-gəliş bir neçə avtobus marşrutu ilə təmin edilir, 2020-ci ildə isə hava limanı ərazisində yeni metro stansiyasının açılması gözlənilir.
Biletləri artıq əldə etmiş transfer sərnişinlər miniklə bağlı heç bir narahatçılıqla üzləşməyəcəklər, belə ki, digər aviaşirkətlərin əvvəllər “Atatürk” hava limanına həyata keçirilən reysləri də İstanbulun yeni hava limanından yerinə yetirilməsi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
34 d. əvvəl
PAŞA Bank tarixi İPO-ya start verir - 1 SƏHMİN TƏKLİF QİYMƏTİ MƏLUM OLDU
-
47 d. əvvəl
"Reuters": İran və ABŞ-a plan təqdim olunub, razılaşma bu gün əldə edilməlidir
-
-
1 saat əvvəl
BYD, 2026-cı il üçün ixrac hədəfini 1,5 milyon avtomobilə yüksəldib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFB Bank “Həyat yığım hesabı” ilə müştərilərinə planlı yığım və yüksək gəlir imkanı təqdim edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
KİV: ABŞ və İran 45 günlük atəşkəslə bağlı müzakirələr aparır
- 3 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
BYD, 2026-cı il üçün ixrac hədəfini 1,5 milyon avtomobilə yüksəldib
Şahdağda qarın hündürlüyü 1 metri keçib, Bakıya düşən yağıntının miqdarı aylıq normanın 390%-ni təşkil edir
Prezident İlham Əliyev Gürcüstana dövlət səfərindədir
Tramp İrana verdiyi müddəti 8 aprelədək uzatdı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
Xarici bank Azərbaycana 700 milyon dollar kredit ayırır - Bu vəsaitə 4 yeni metro stansiyası tikiləcək
Neft qiymətləri yüksəlişdədir
























