Azercell-dən yeni Günlük Rominq İnternet paketi cəmi 3,90 AZN-a!
(®) Azercell ölkə xaricində olan abunəçilərinin ən sərfəli rominq xidmətlərindən faydalanmaları üçün yeni Günlük Rominq İnternet paketini təklif edir.
29 mart tarixindən etibarən Azercell abunəçiləri 100 MB həcmində təqdim olunan Günlük Rominq İnternet paketindən cəmi 3,90 AZN ödəməklə yararlana bilər. Azercell-in Rominq İnternet paketləri abunəçilərə səfər və səyahətlər zamanı yarana biləcək gözlənilməz internet xərclərinin qarşısını almaqda yardımçı olur.
Qeyd edək ki, Azercell abunəçilərinə rominqdə internet xidmətindən faydalanmaq üçün daha 2 paket təklif edir: 19.90 AZN dəyərində 1 GB və 9.90 AZN dəyərində 400 MB həcmində internet paketləri.
Bu paketlər dünyanın ən çox ziyarət edilən 52 ölkəsində fəaliyyət göstərən 70-dən çox operatorun şəbəkəsində qüvvədədir və siyahı daim yenilənir. Əlavə olaraq, Türkiyə, Gürcüstan, ABŞ, Qətər, Belarus, Finlandiya, Özbəkistan, Yeni Zelandiya, BƏƏ və Çin kimi populyar istiqamətlərdə rominq internet paketləri bütün şəbəkələrdə etibarlı olduğundan, Azercell abunəçiləri prioritet operatoru seçmək zərurətinə ehtiyac qalmadan istənilən şəbəkədə internet xidmətindən yararlana bilər.
Azercell ilə rominqdə onlayn olmaq fürsətini qaçırmayın!
Azercell-in Rominq İnternet paketləri haqqında daha ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:
https://www.azercell.com/az/personal/roaming/internetroaming/
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
- 26 d. əvvəl
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
-
8 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
9 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
9 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
9 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
Ən çox oxunanlar
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























