Büdcədən 150 milyon dollar borc faizlərinə gedib
Azərbaycanın əməkdaşlıq etdiyi müxtəlif beynəlxalq maliyyə-kredit qurumları ilə 2017-ci il yanvarın 1-nə dövlət zəmanəti əsasında bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən ümumi məbləğ 11 milyard 50 milyon ABŞ dolları ekvivalentində kredit sazişləri imzalanıb.
Bu barədə hökumətin illik hesabatında bildirilir.
İmzalanmış sazişlər üzrə ayrılan kreditlərdən ümumilikdə 8 milyard 407,4 milyon dolları və ya 76,1%-i, o cümlədən 2016-cı il ərzində 1 milyard 203,6 milyon dollar ekvivalentində vəsait istifadə olunub.
Bu ilin əvvəlinə istifadə edilmiş kreditlər üzrə təqribən 1 milyard 900,4 milyon dollar məbləğində əsas borc qaytarılıb. Dövlət zəmanəti ilə verilmiş xarici borcun qalıq məbləği borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən 2017-ci il yanvarın 1-nə 6 milyard 913,2 milyon dollar ekvivalentində olub.
Ötən il ərzində xarici dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsi vəsaiti hesabına 719,2 mln. dollar ödəniş həyata keçirilib. Bu ödənişlərin 569,3 mln. dolları əsas borc kimi, 149,9 mln. dolları isə kreditlərə hesablanmış faizlərə görə həyata keçirilib.
Hesabat ilində Azərbaycan tərəfindən beynəlxalq miqyasda xarici ölkələrə edilən inkişaf naminə yardımların və humanitar yardımların ümumi məbləği 2 380 250 dollar məbləğində olub. Hesabatda bildirilir ki, bu məbləğin 274,6 min dolları humanitar, 2,106 mln. dolları isə inkişaf naminə edilmiş yardımlara ayrılıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)







