Pioneer: OPEC müqaviləni uzatmasa neft 40 dollara düşəcək
ABŞ-ın ən mühüm şist nefti istehsalçılarından biri olan "Pioneer Natural Resourses Co."-nun rəhbəri Scott Sheffield, OPEC-in bu il istehsalın azaldılması müqaviləsini uzatmaması halında, neft qiymətlərinin 40 dollara düşəcəyini deyib.
"Marja" xəbər verir ki, Sheffield, ABŞ-da şist nefti istehsalçılarının nəzərlərinin OPEC və OPEC-ə daxil olmayan istehsalçıların İyun ayında başa çatacaq gündəlik 1.8 milyon barellik istehsal azaldılması müqaviləsini uzadıb-uzatmayacağına çevrildiyini söyləyib.
Sheffield, "Əgər OPEK uzatmasa, nefti 40 dollar səviyyəsinə düşəcək. Bunun ABŞ-ın neft sənayesinə investisiyalar üzərində əhəmiyyətli təsirləri olacaq" şəklində bildirib.
Sheffield, neftin 40 dollara düşməsi vəziyyətində regiondakı neft hasilatının iqtisadi baxımdan səmərəli olmayacağını deyib. Sheffield, ancaq hər şey yolunda gedərsə, regionda hasilatın indiki səviyyəsi olan gündəlik 2.3 milyon barreldən 8-10 milyon barelə yüksələcəyini bildirib.
İnvestorlar nəhayət rekord səviyyələrə çıxan ABŞ-da neft ehtiyatı göstəricisini ciddiyə almağa başlayıb.
OPEC və kartelə daxil olmayan 11 ölkə hasilatı azaltsa da ABŞ-da ehtiyatlar və hasilat artır. ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya xam neft ehtiyatlarının ötən həftə 8,2 milyon barel (1,6 faiz) artımla 528,4 milyon barelə çataraq rekord seviyyəyə çıxıb. Göstəricinin ardından neft qiymətləri 5% civarında düşüb.
Səudiyyə Ərəbistanının neft naziri Xalid Al-Falih, Çərşənbə axşamı günü Hyustonda etdiyi açıqlamada, qlobal hasilatın OPEC və tərəfdaşlarının gözlədiyindən daha yavaş azaldığını qeyd edərək, Yanvar ayında başlayan istehsal azaldılması müqaviləsinin müddətinin uzadılması üçün qapını açdı.
Societe General SA-nın analitiki Mike Wittner, "Xam petorl bazarının səbri tükənib. OPEC-in istehsalın azaldılması planının bazarı sabitləşdirmədi. OPEC hasilatı gündəlik 1 milyon barreldən artıq salmışdır, ancaq bunun ABŞ bazaları üzərində təsiri görünmədi" şəklində bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























