Bacarıqlı kadrların şirkəti tərk etmələrinin 9 səbəbi
Rəhbərlər kadrların dəyişməsi faizinin çox yüksək olduğundan şikayət edərlər, amma bir şeyi nəzərdən qaçırırlar: Uğurlu işçilər işi deyil, rəhbərlərini tərk edirlər. "Marja" xəbər verir ki, "Forbes" Jurnalı istedadlı kadrları qaçıran səhvləri sadalayıb:
1. ÇOX İŞLƏDİLİRLƏR
"Standford" Universitetinin araşdırmasına görə, həftəlik iş saatı 50 saatı keçərsə işçinin məhsuldarlığı hər əlavə saatda sərt şəkildə düşür. Çox işlədilmək, sanki bacarıqlı işçilərin yaxşı işlədiklərinə görə "cəzalandırılmasıdır".
2. MÜKAFATLANDIRILMIRLAR
Rəhbərlər, işçilərinin özlərini daha yaxşı hiss etməsi üçün onları mükafatlandırması lazımdır. Uğurlu nailiyətlər zamanı göstərilən təqdir və verilən mükafatlar məhsuldarlığı 40 faiz artıra bilər.
3. ÖNƏM VERMƏMƏK
İşini tərk edən işçilərin 50%-dən çoxunun ən böyük sıxıntısı rəhbərləri ilə olan münasibətləridir. İşini doğru aparan şirkətlər iş və insan olmaq tarazlığını qura bilirlər. Forbes ekspertlərinə görə, çalışdığı yerdə sayılmayan və gördüyü işindən başqa heç bir şeyə əhəmiyyət verilməyən yerdə işçini gündə səkkiz saat stol başında saxlanılması mümkün deyil.
4. ŞİRKƏTƏ BAĞLILIĞIN TƏQDİR GÖRMƏMƏSİ
Bağlılığını sübut edən işçi rəhbərinin gözündə etibarlı olmalıdır. Ancaq rəhbərlik bu bağlılığa təqdir göstərməsə, başqa heç kim göstərməyəcəkdir.
5. ŞİRKƏTİN SƏHV ŞƏXSLƏRİ İŞƏ GÖTÜRMƏSİ VƏ TƏRİFLƏMƏSİ
Uğurlu və işgüzar adamlar özlərilə eyni səviyyədəki peşəkarlarla işləmək istəyirlər. Ancaq rəhbərlərin yanlış şəxsləri işə götürüb, bir də bu insanları tərfləmələri, yaxşı işləyən üçün çox böyük bir demotivasiyadır.
6. İŞÇİNİN İSTƏKLƏRİNİN ARXASINCA QAÇMASINA YOL VERMƏMƏK
İstedadlı işçilər eyni zamanda, "ehtiraslıdırlar". Rəhbər, bu insanları bir "qutu" içində gizlətməkdənsə ehtiraslarını reallaşdıracaqları fürsətləri təqdim etməlidir. Aparılan araşdırmalar, istədiklərini edə bilən işçilərin məhdudiyyət qoyulan həmkarlarından beş qat daha səmərəli olduğunu göstərir.
7. QABİLİYYƏTLƏRİ İNKİŞAF ETDİRMƏMƏK
İdarəetmə başlanğıcı olan, lakin sonu olmayan bir anlayışdır. İstedadlı bir işçiniz varsa, istedadlarını inkişaf etdirmək üçün əlinizdən gələni etməlisiniz. Ən istedadlı işçilər bir geri dönüş istəyir və bunu onlara verməlisiniz.
8. YARADICILIĞA YOL VERİLMƏMƏSİ
Ən istedadlı kadrlar, toxunduqları hər şeyi inkişaf etdirmək istəyirlər. Əgər bu qabiliyyətlərini əllərindən alsanız, işçilərin işlərindən nifrət etmələrinə səbəb ola bilərsiniz.
9. SƏVİYYƏSİNDƏN AŞAĞI İŞ VERMƏK
Rəhbərlərin istedadlı işçilərinə asan və sıxıcı vəzifələri verməsi motivasiyanı aşağı salır. İstedadlı işçiyə səviyyəsinə uyğun işlər verilməli və bu işlərin başa çatdırılmasında ona yardım da edilməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
29 d. əvvəl
Ev sahibləri leysan yağışlarına görə neçə manat zərər çəkdi? Kimlərin xərcini sığorta ödəyəcək?
-
- 31 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Müharibə Azərbaycana gələn ərəblərin sayına mənfi təsir edib - 11 FAİZƏ YAXIN AZALMA
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli olacaq
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ev sahibləri leysan yağışlarına görə neçə manat zərər çəkdi? Kimlərin xərcini sığorta ödəyəcək?
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı artıb
Microsoft-dan Yaponiyaya 10 milyard dollarlıq investisiya
Müharibə Azərbaycana gələn ərəblərin sayına mənfi təsir edib - 11 FAİZƏ YAXIN AZALMA
Azərbaycana gələn əcnəbilərin sayı azalıb
Ən çox oxunanlar
Bank sektorunda çalışanların sayı 1643 nəfər artıb
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli olacaq
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
AccessBank dörd nominasiya üzrə qalib oldu!
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və ABB müqavilə imzaladı
Bakı Fond Birjasının ticarət dövriyyəsində böyük azalma

















