Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - ARAŞDIRMA
Oktyabr ayının 4-dən etibarən Heydər Əliyev adına Neft Emalı Zavodunda planlaşdırılmış illik təmir və yenidənqurma işləri ilə əlaqədar neft məhsullarının istehsalı dayandırılıb. Təmir işlərinin oktyabrın axırınadək davam etməsi gözlənilir.
Artıq bir neçə ildir ki, zavodun təmirə dayandırıldığı müddətdə xaricdən yüksək oktanlı A-95 benzinlə yanaşı, aşağı oktanlı, ölkə bazarının əsas istehlak yanacağı olan və zavodda istehsal edilən A-92 markalı benzin də idxal edilir.
Azərbaycanda hazırda A-92 markalı benzinin qiyməti 0,90 qəpik təşkil edir. Bu qiymət isə digər ölkələrdən aşağıdır. Belə olan təqdirdə xaricdən idxal olunan benzinin ölkədaxili bazarda satışı mənfəətə deyil, zərərə səbəb olur. Dövlət SOCAR-ın idxaldan yaranan zərərini azalmaq üçün bir neçə ildir ki, 90 gün müddətinə 92 markalı avtomobil benzini üçün gömrük rüsumunu 15%-dən 0%-ə, aksiz vergi dərəcəsini bir ton üçün 200 manatdan 1 manata endirir. Lakin bununla belə idxala görə SOCAR-ın zərəri yaranır. Yaranan zərərin bir hissəsi dövlət büdcəsindən bir növ sosial müavinət olaraq sonradan qarşılanır. Ancaq bu belə zərərin qarşısını ala bilmir.
2018-ci ildə Heydər Əliyev adına Neft Emalı Zavodu təmirə dayandığı müddətdə Azərbaycana 72 min 596,05 ton “A-92” markalı avtomobil benzini idxal edilib. Belə ki, ötən il bir ay müddətində idxal edilən benzinin ümumi dəyəri 58 milyon 913,5 min ABŞ dolları təşkil edib. 2017-ci ildə idxal edilən avtomobil benzininin ümumi həcmi 78 min 253,61 ton, ümumi dəyəri isə 46 milyon 537,38 min dollar təşkil etmişdi. Beləliklə, 2018-ci ildə Azərbaycana idxal edilən benzinin həcmi 7,3% azalıb, məbləğ nisbətində isə 26,6% artıb.
Bu il də A-92 markalı benzinin idxalı nəzərdə tutulur. Cari ildə Rusiya və Qara dəniz regionundan ümumilikdə ötən ildəkindən xeyli çox - 120 min ton A-92 markalı benzin idxalı planlaşdırılıb. Bu isə dövlət və SOCAR üçün daha böyük zərər deməkdir.
Digər tərəfdən, əldə etdiyimiz məlumata görə, 2020-ci ildə təmir və yenidənqurma işləri ilə əlaqədar Heydər Əliyev adına Neft Emalı Zavodunun fəaliyyəti 4 ay müddətinə dayandırılacaq.
Bu halda sual oluna bilər ki, zavodun təmir müddətinin uzadılmasına ehtiyac varmı?
Enerji sahəsində ixtisaslaşmış ekspertlər də vurğulayır ki, əvvəl BNEZ-in təmirə dayanması qısa müddəti əhatə edirdi, amma bir neçə ildir ki, təmir müddəti bir qədər çox davam edir. Onlar hesab edirlər ki, zavodun hər il təmirə dayanmasına görə benzin idxalından yaranan zərərdən dövlətin üzərinə yük düşür, təmir müddətinin uzadılması isə bu yükü daha da artırır. Çünki, ölkədə bu markalı benzinə tələbat yüksəkdir və hər il daha da artır, əvvəlki ayların istehsalından yaranan ehtiyat tez tükənir. Bu il planlaşdırılan idxal həcmi də tələbatın yüksək olduğunu, dövlətin və SOCAR-ın zərərinin daha çox olacağını göstərir.
Ekspertlər bu səbəbdən görə də zavodda təmir işlərinin tez bir zamanda yekunlaşmasının daha məqsədəuyğun hesab edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
15 san. əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
- 18 d. əvvəl
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
-
8 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
9 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
9 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
9 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
Ən çox oxunanlar
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq





















