Ofisiantlara bəxşiş bu cür ödəniləcək!
Bu xidmət ödənişlərini nağdsız aparan müştərilərə restoran və kafelərdə hesabdan əlavə ofisiantlara bəxşişlərini də kart vasitəsilə ödəmək imkanı yaradır.(®️) Dünəndən etibarən paytaxtımızda bir çox ictimai iaşə məkanları fəaliyyətini bərpa etdi. Restoran və kafelər də qapılarını karantin günlərində bu məkanlar üçün darıxmış müştərilərin üzünə açdı. Beləliklə, həm sahibkarların, həm də müştərilərin Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə ilk olaraq tətbiq etdiyi maraqlı bir xidmətə ehtiyacları artdı. Bu, Bankın hələ fevraldan müştərilərin istifadəsinə verdiyi “BƏXŞİŞ” xidmətidir.
Sahibkarlar bu xidmətə qoşulmaqla müştərilərinin işini asanlaşdıra bilərlər. Belə ki, bu xidmət ödənişlərini nağdsız aparan müştərilərə restoran və kafelərdə hesabdan əlavə ofisiantlara bəxşişlərini də kart vasitəsilə ödəmək imkanı yaradır.
Keyfiyyətli xidməti ilə müştəri məmnuniyyəti yaradan xidmət personalına sifarişin haqqından əlavə bəxşişin də ödənilməsi əksər ölkələrdə olduğu kimi Azərbaycanda da geniş yayılmış ənənədir. Amma, əksər hallarda ölkəmizdə müştərilər restoranlarda bəxşiş verməkdən ötrü nağd puldan istifadə etməli olurdular. Çünki Azərbaycanda bu cür ödənişləri nağdsız aparmaq mümkün deyildi. Azərbaycan Beynəlxalq Bankı isə yeni funksiyanın tətbiqinə başlamaqla bu məhdudiyyəti aradan qaldırıb. Bankla tərəfdaşlıq edən bəzi xidmət məkanlarında (“Mangal Steak House”, “Nar&Sharab”, “Mozzarella”, “Argentina Steak House”, “St. Nizami 62”) bu funksiya artıq işləkdir.
Xidmətdən yararlanmaq istəyən digər ictimai iaşə məkanlarının sahibləri də bu xidmətin üstünlüklərindən faydalanmaq üçün Azərbaycan Beynəlxalq Bankının 937 nömrəli Məlumat Mərkəzinə müraciət edə bilər.
“BƏXŞİŞ” xidmətindən istifadə belə baş verir: müştəri sifarişinin haqqını kartla ödədikdən sonra istəyinə uyğun olaraq POS terminaldakı “BƏXŞİŞ” menyusuna keçid alır. Ödəmək istədiyi bəxşişin faiz dərəcəsini göstərib əməliyyatı tamamlayır. Bu yenilik müştəri məmnuniyyəti yaradır və nağdsız ödəniş ənənələrinin inkişafına töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























