Neftin qiyməti 10 həftədən sonra 45 dolları keçdi
Neft qiymətləri, Londonda 10 həftədən sonra 45 dollar səviyyəsini keçib.Neft qiymətləri, ABŞ-da özəl sektorun neft ehtiyatlarının gözləniləndən daha çox azalması ilə əlaqədar olaraq yüksəlməkdə davam edərək London birjasında 10 həftədən sonra bareli 45 dolları keçib.
Marja xəbər verir ki, Amerikan Neft İnstitutunun (API) məlumatına görə, xam neft ehtiyatları keçən həftə 5.15 milyon barel azalıb, benzin və dizel ehtiyatlarında da geriləmə baş verib. Mütəxəssislərin proqnozu xam neft ehtiyatlarında 1.9 milyon barel azalma olacağı istiqamətində idi.
Hökumətin rəsmi məlumatları isə cümə axşamı günü açıqlanacaq.
Bakı vaxtı ilə saat 14:40-da Brent nefti 3,6% bahalaşma ilə 45,20 dollardan ticarət olunub.
Neft qiymətləri, Joe Biden-in Preident seçilməsi və peyvənd xəbərləri ilə ötən iki gün ərzində 11%-dən çox yüksəlib.
Marja.az Telegramda: https://t.me/marjaaz
Goldman Sachs, epidemiyada yeni yaşanacaq dalğaların qiymətlərə mənfi təsiri olacağını, BMO Capital Markets isə Liviyanın artan istehsalına işarə edərək 50 dollar səviyyələrinin görülməsi üçün çox erkən olduğunu bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























