Kiçik sahibkar: "Onlayn satışa keçdik, bizə haqsız cərimələr yazıldı"
Mallar mağaza qarşısında müştəriyə təhvil verildiyinə görə 1000 manat cərimələr yazılıbKiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rzayev Qalib Telman oğlu sərtləşdirilmiş karantin rejmi dövründə çətinlik ilə qarşılaşdıqlarını bildirib.
Kiçik sahibkar Marja-ya müraciətində yazıb:
"Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar 1 küçəsində (Şamaxinka adlanan ərazidə) geyim mağazası işlədirik. Xüsusi karantin rejimində yerində xidməti dayandırıb onlayn satışa keçirik. İnstagram səhifəmizdən bəyəndikləri malı müştərilərimizin bəziləri gəlib mağazanın qarşısından götürür və ya ölçüsü düz gəlməyəndə gətirib dəyişirlər. Ancaq mağazanın qarşısında müştəriyə xidmət göstərdiyimizə görə polis əməkdaşları gəlib icarədara və işçilərə cəmi 1000 manat məbləğində cərimə yazmışlar. Nəzərinizə çatdırım ki, müştəri mağazanın içərisinə keçməyib.
Biz (icaze.e-gov.az) portalından qeydiyyatdan keçmişik və icazəmiz var. Xahiş edirik maddi vəziyyətimizin ağır olduğu bir dövrdə bizə yazılan bu cərimə silinsin. Ən yaxşı halda ayda bir dəfə mağazamızın müştərisi olan şəxsə mağazanın qarşısında, açıq havada xidmət göstərməyimizə görə bizi xəstəliyin yayılmasında günahlandırırlar və cərimələyirlər. Hansıki hər bir şəxs gündə bir neçə dəfə qapalı məkanda marketdən istifadə edir.
Xahiş edirik köməklik edin. Süni maneələrdən canımız qurtarsın. Mağazanın xaricində göstərdiyimiz xidmətə görə bizi cərimələməsinlər. Bu problemlə gündə minlərlə kiçik sahibkar üzləşir. Son bir ildə xüsusi karantin rejimində, sahibkarların maddi vəziyyətinin ağır olduğu bir dövrdə, karantin rejimin fürsət bilib bizə əlavə problemlər yaratmasınlar. Buna bir nəzarət olmasını istərdik.
Xahiş edirik köməklik edin. Kiçik sahibkar kimi məhv olmayaq, böyüyə bilək.
Növbəti gün 19-cu Polis Bölməsindən bizə bildirdilər ki, işçimizin biri mağazanın qarşısındakı müştəriyə xidmət göstərdiyinə görə İcarədar Rzayev Qalib Telman oğluna 200 manat, kassir Allahverdiyev Süleyman Qulu oğluna 200 manat, satıcı Rzayev Mehman Tofiq oğluna 200 manat və İsmayılov Ruslan Ənvər oğlunada 200 manat cərimə yazıblar. Sizdən xahiş edirik ki, bu haqsız yazılan cərimələrin silinməsində bizə köməklik göstərəsiniz. Bu ağır vəziyyətimizdə kiçik sahibkarlara qarşı aqressiv münasibətlərə son qoyulsun. Ümid edirik ki, bizə köməklik göstərəcəksiniz".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
47 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
48 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib







.jpg)









.jpg)









