BirKart və “Ürəklər” artıq Şuşada!
(®️) Ölkənin ən məşhur taksit kartlarından olan BirKart Azərbaycanda ilk dəfə olaraq düşmən işğalından azad olunan şəhərdə ilk partnyoru – AzCake ilə əməkdaşlıq müqaviləsi imzalayıb. İstehsal sahəsi və mağazadan ibarət olan AzCake, Şuşa şəhərində fəaliyyətə başlayan ilk sahibkarlıq subyektidir.
Əməkdaşlıq çərçivəsində qədim Şuşa şəhərimizdə bir neçə gün əvvəl ilk filialını açan AzCake mağazasında alış-veriş edən BirKart sahibləri, məbləği 2 taksitlə ödəyə bilərlər. Bununla da dövlət tərəfindən mülki əhaliyə Şuşaya getmək imkanı yaradılan kimi, taksit imkanından yararlanmaq olar.
Həmçinin, BirBank mobil tətbiqi vasitəsilə 1000 “Ürək” müqabilində pulsuz şirniyyat əldə etmək olar. Bildiyiniz kimi BirBank istifadəçiləri POS terminal, İnternet və BirBank vasitəsilə ödənişlər edərək, “Ürəklər” qismində olan bonuslar qazanırlar və sonra həmin bonusları müxtəlif hədiyyələrə və kuponlara dəyişə bilirlər.
Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz.
BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 20 d. əvvəl
- 26 d. əvvəl
-
-
36 d. əvvəl
“Rabitəbank” qanunları pozub, barəsində icrası məcburi sərəncam verilib
- 40 d. əvvəl
-
41 d. əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
52 d. əvvəl
"PAŞA Bank"ın səhmlərini almaq istəyənlərin nəzərinə - 13 Apreldə abunə yazılışı başlayır
-
54 d. əvvəl
"Nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır"
-
1 saat əvvəl
İxracdan ən çox pul qazanan özəl Azərbaycan şirkətləri - SİYAHI
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Əminəm ki, səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək"
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Maydan Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar başlayır - AZAL və “Air Serbia” tərəfdaşlığına başlayıb
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
İxracdan ən çox pul qazanan özəl Azərbaycan şirkətləri - SİYAHI
Ən çox oxunanlar
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yeri tutub - Qeyri-neft sektoru ixracı üzrə yeni rəqəmlər
3 ayda dövlət büdcəsindən 68,5 milyon manat geri qaytarılıb
Bakıda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir - Aprelin 7-də gözlənilən hava şəraiti
“Norm” şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub
Azərbaycan Banklar Assosiasiyası Asiya qurumuna üzv olur






















