Sənaye deyil, sanki depozit bankıdır
“Azərbaycan Sənaye Bankı” “Azərbaycan Depozit Bankı” adlandırılsa, adı, hazırkı fəaliyyətini daha dolğun əks etdirər.
Marja-nın məlumatına görə, “Azərbaycan Sənaye Bankı” sənayeni kreditləşdirməkdən daha çox digər banklara depozit yerləşdirmək fəaliyyətilə məşğuldur.
31 Dekabr 2020-ci il tarixində “Azərbaycan Sənaye Bankı”nın cəmi müştərilərə verdiyi kreditlər 319 milyon 27 min manat ikən, digər banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitləri 448 milyon 552 min manat təşkil edib. Qısası, digər banklara yerləşdirilmiş depozitlər müştərilərə verilmiş kreditləri 129 milyon 525 min manat üstələyib.
2019-cu ilin sonu ilə müqayisədə “Azərbaycan Sənaye Bankı”nın müştərilərə verdiyi kreditlərin və depozitlərinin məbləği azalıb. Belə ki, 2019-cu ilin sonunda cəmi kreditlər 331 milyon 402 min manat, digər banklardakı depozitləri 543 milyon 274 min manat təşkil etmişdi.
“Azərbaycan Sənaye Bankı” 2020-ci ildə verdiyi kreditlərin faizləri üzrə 19 milyon 588 min manat, banklardakı depozitləri üzrə 12 milyon 715 min manat gəlir götürüb. 2019-cu ildə bu gəlirlər müvafiq olaraq 14 milyon 483 min manat və 13 milyon 567 min manat təşkil etmişdi.
2020-ci ildə 2019-cu illə müqayisədə “Azərbaycan Sənaye Bankı”nın cəmi aktivləri 77 milyon 823 min manat və ya 7,9% azalaraq 907 milyon 328 min manata düşüb. Azalmanın əsas səbəbi kredit portfelinin və digər banklardakı depozit portfelinin azalmasıdır.
2020-ci ildə 2019-cu illə müqayisədə “Azərbaycan Sənaye Bankı”nda fiziki və hüquqi şəxslərin depozitləri də azalıb. Cəmi depozit portfeli 74 milyon 381 min manat və ya 10,4% azalaraq 640 milyon 746 min manata geriləyib.
"Azərbaycan Sənaye Bankı"da digər bankların və maliyyə institutların depozitləri ötən il demək olar ki dəyişməyərək 113 milyon 84 min manat təşkil edib.
2020-ci ildə 2019-cu illə müqayisədə “Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 2 milyon 504 min manat və ya 32,5% azalaraq 5 milyon 184 min manata düşüb.
Həmçinin oxu
“Azərbaycan Sənaye Bank”nın xalis mənfəəti azalıbMüştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
23 d. əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
1 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
2 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib



























