Yanvarda bir ölkə sakini orta hesabla 316,3 manatlıq məhsullar alıb
2021-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,2 milyard manatlıq, o cümlədən 1,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4,8 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 1,8 faiz artmışdır.
Hesabat ayında əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2020-ci ilin yanvar ayına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 3 154,8 | 98,6 |
o cümlədən: | ||
ərzaq məhsulları | 1 468,3 | 101,9 |
içkilər və tütün məmulatları | 196,7 | 100,4 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 495,2 | 89,9 |
elektrik malları və mebellər | 159,6 | 85,7 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 21,9 | 102,6 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 68,7 | 140,1 |
avtomobil benzini və dizel yanacağı | 172,1 | 87,9 |
digər qeyri-ərzaq malları | 572,3 | 101,4 |
2021-ci ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 52,8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,1 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Hesabat ayında istehlak məhsullarının dəyər ifadəsində 26,9 faizi ticarət müəssisələri, 49,8 faizi fərdi sahibkarlar tərəfindən, 23,3 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 12,2 faiz artmış, fərdi sahibkarlar üzrə 0,1 faiz, bazar və yarmarkalarda 15,7 faiz azalmışdır.
2021-ci ilin yanvar ayında ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 316,3 manatlıq, o cümlədən 166,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,4 manatlıq qeyri-ərzaq malları almışdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
43 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 46 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























