Yanvarda Azərbaycandan 146,1 milyon dollarlıq neft-qaz məhsulları ixrac edilib
2021-ci ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 122 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 61 ölkəyə məhsul ixrac olunmuş, 117 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2 milyard 242,4 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 1 milyard 454,9 milyon dollarını və ya 64,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 787,5 milyon dollarını (35,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 667,4 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 5,7 faiz, real ifadədə 10,1 faiz, o cümlədən idxal 12,3 faiz, ixrac isə 9,1 faiz azalmışdır.
2021-ci ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 3,8 faiz artmış, real ifadədə isə 12,9 faiz azalaraq 146,1 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 44,5 faizini İtaliyaya, 9,0 faizini Türkiyəyə, 8,5 faizini İspaniyaya, 7,1 faizini Ukraynaya, 6,7 faizini Hindistana, 6,6 faizini Çinə, 3,8 faizini Xorvatiyaya, 2,8 faizini Rusiyaya, 2,1 faizini Rumıniyaya, 1,9 faizini İsrailə, 1,8 faizini Portuqaliyaya, 1,4 faizini Gürcüstana, 1,3 faizini Avstraliyaya, 0,6 faizini İsveçrəyə, 1,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (36,1 faiz), Rusiyaya (29,3 faiz), İsveçrəyə (6,9 faiz), Gürcüstana (4,4 faiz), Çinə (2,9 faiz), ABŞ-a (2,5 faiz), İtaliyaya (2,2 faiz), Ukraynaya (2,2 faiz), Almaniyaya (1,4 faiz), Birləşmiş Krallığa (1,3 faiz), İrana (1,1 faiz), Yaponiyaya (0,9 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,6 faizi Rusiya, 14,5 faizi Türkiyə, 13,9 faizi Çin, 11,5 faizi Almaniya, 5,7 faizi ABŞ, 3,7 faizi Ukrayna, 3,6 faizi İran, 2,8 faizi Birləşmiş Krallıq, 2,7 faizi İtaliya, 1,7 faizi Yaponiya, hər biri 1,5 faiz olmaqla Koreya, Polşa və Hindistan, hər biri 1,3 faiz olmaqla Niderland və Fransa, 18,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2021-ci ilin yanvar ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 5,4 faiz, şəkər – 2,7 dəfə, meyvə və tərəvəz şirələri – 1,9 dəfə, çay – 2,2 dəfə, təbii üzüm şərabları və üzüm suslosu – 3,8 dəfə, kartof – 2,8 faiz, pambıq lifi – 42,6 faiz, pambıq ipliyi – 9,5 faiz, bentonit gili – 12,7 faiz artmış, təzə tərəvəz ixracı isə 33,9 faiz, bitki yağları – 46,2 faiz, meyvə və tərəvəz konservləri – 18,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 25,5 faiz, tütün – 81,0 faiz, polietilen – 16,8 faiz, emal olunmamış alüminium – 16,3 faiz, qara metallardan borular – 21,9 faiz azalmışdır.
2020-ci ilin yanvar ayı ilə müqayisədə 2021-ci ilin yanvar ayında təzə meyvə idxalı 36,8 faiz, xam şəkər və şəkər – 2,6 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 6,3 faiz, kartof – 10,8 faiz, təzə tərəvəz – 4,9 dəfə, siqaretlər – 1,7 dəfə, dərman vasitələri – 2,1 dəfə, rezin şinlər – 46,5 faiz, mineral gübrələr – 10,1 dəfə, yük avtomobilləri – 25,7 faiz, polietilen – 8,3 faiz artmış, bitki yağları idxalı isə 24,2 faiz, buğda – 53,5 faiz, çay – 46,8 faiz, mal əti – 30,1 faiz, quş əti və onun əlavə məhsulları – 61,0 faiz, minik avtomobilləri – 23,8 faiz, qara metallardan borular – 36,5 faiz, polad prokatı – 50,6 faiz, hesablama maşınları, blok və qurğuları – 8,8 faiz, qara metallardan çubuqlar – 43,9 faiz, avtobuslar – 13,9 faiz, mebellər – 35,6 faiz, paltaryuyan maşınlar – 20,5 faiz, məişət kondisionerləri – 6,7 faiz, qara metallardan künclüklər – 46,9 faiz, məişət soyuducuları – 33,1 faiz, sement və sement klinkerləri – 20,6 faiz azalmışdır.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 3 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 9 saat əvvəl
-
9 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb





















