“Azərmaş”: “Çip çatışmazlığı avtomobil istehsalımıza təsir edir”
"Koronavirus (COVID-19) pandemiyasına görə qapanmalara gedilməsi son zamanlar avtomobillərin əsas hissələrindən olan yarımkeçirici çiplərin çatışmazlığına səbəb olub. Bu isə Amerika və Avropa bazarlarında avtomobil istehsalına da mənfi təsir edib".
Artıq ABŞ-ın nəhəng avtomobil istehsalçıları olan “General Motors” və “Ford” rəsmi məlumat yayaraq istehsal həcmini azaltdıqlarını elan ediblər.
Ötən həftədən etibarən isə Avropanın bir sıra avtomobil istehsalçıları da analoji addımı atmağa başlayıblar.
Azərbaycanın avtomobil istehsalçısı - “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov “Report”a açıqlamasında qeyd edib ki, çip çatışmazlığı onların da işinə təsir edib: “Yarımkeçiricilərin çatışmazlığı dünyada avtomobil sənayesində olduğu kimi bizim də fəaliyyətimizə təsir edib. Xüsusilə Avropada və Asiyada olan tərəfdaşlarımızın bu problemlə üzləşməsi müəyyən yubanmalara səbəb olur. İstehsal etdiyimiz avtomobillər üçün sifariş verdiyimiz avadanlıqlarda təxminən 1-2 aylıq gecikmələr yaranır. Bu isə təbii ki, istehsala da müəyyən təsir göstərir”.
E.Axundov qeyd edib ki, artıq avtomobil konsernləri yarımkeçiricilərin istehsalını artırıblar, bu isə istehsalın yaxın zamanlarda əvvəlki səviyyəyə qayıtmasına səbəb olacaq.
Xatırladaq ki, “Azərmaş” şirkətinə məxsus Neftçala Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsinin rezidentidir.
Ötən həftə isə Prezident İlham Əliyevin iştirakı ilə Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş”ın yeni zavodunun açılışı olub.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















